“Eurosatry 2022”: BƏƏ “Rabdan” döyüş maşınlarını nümayiş etdirir

2022/06/Al_Ja-1655463375.jpg
Oxunub: 4690     18:40     17 İyun 2022    
Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “EDGE Group” şirkətlər qrupuna daxil olan “Al Jasoor” şirkəti Parisdə keçirilən “Eurosatry 2022” sərgisində “Rabdan” döyüş maşınlarını (PDM) nümayiş etdirir.

Ordu.az xəbər verir ki, 8x8 təkər formullu PDM çoxməqsədlidir və bir sıra vəzifələr üçün nəzərdə tutulan qabaqcıl, missiyaya hazır avtomobil sistemidir. O, bir sıra konfiqurasiyalarda mövcuddur, maksimum 11 nəfər daşıya bilir. Quruda və suda hərəkət etmək qabiliyyinə malikdir, 100 km/saatdan yuxarı sürətlə hərəkət edir.

“Rabdan” müxtəlif zireh mühafizəsi və yüksək kalibrli qüllə əsaslı silah sistemləri (105 mm-lik topa qədər) ilə təchiz oluna bilər. Minadan qorunma mövcuddur.

“Rabdan” müxtəlif silah konfiqurasiyasına imkan verən çevik struktura malik yeni nəsil, modul platformadır. Uzaqdan idarə olunan döyüş modulları inteqrasiya oluna bilər.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Rabdan  


Bizi "telegram"da izləyin