Ordu.az xəbər verir ki, təqdimat Parisdə keçirilən “Eurosatory 2022” müdafiə sərgisində baş tutub.
Nazilik orta səviyyəli robot hesab edilən “Robust”un sınaqlarına başlayıb.
Platforma 30 mm-lik avtonom qüllə ilə təchiz edilib. Həmçinin robota aktiv qoruma sistemi, atəşə nəzarət və missiya idarəetmə sistemləri və situasiya haqqında məlumatlandırma sistemləri quraşdırılıb.
“Robust” robotlarında İsrail istehsalı “Spike” tank əleyhinə idarə olunan raket sistemlərinin yerləşdirilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az