“Eurosatory 2022”: ABŞ şirkəti “V-Bat” adlı PUA-larını nümayiş etdirir

2022/06/US_co-1655463298.jpg
Oxunub: 8594     18:42     17 İyun 2022    
ABŞ-ın “Shield AI” şirkəti Parisdə keçirilən “Eurosatory 2022” “V-Bat” adlı PUA-larını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, “V-Bat” şaquli qalxma və enmə (VTOL) qabiliyyəti olan Pilotsuz Uçuş Aparatıdır (PUA).

Bu tip PUA hava patrulu, hədəflərin axtarışı və aşkarlanması, müşahidə, gəmi əməliyyatı, hava xəritələrinin çəkilməsi, şəhər monitorinqi, çatdırılma və faydalı yüklərin yerləşdirilməsi kimi geniş spektrli hərbi tapşırıqların yerinə yetirilməsi üçün istifadə oluna bilər.

“V-Bat” gəmilərdə, quruda və hər hansı bir mühitdə çox kiçik məkanlarda işləmək üçün nəzərdə tutulub. “V-Bat” quruda və dənizdə geniş ərazi müşahidəsi də daxil olmaqla, çoxsaylı sensorlar daşıya bilən platformadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   V-Bat  


Bizi "telegram"da izləyin