Ordu.az xəbər verir ki, təqdimat Parisdə keçirilən “Eurosatory 2022” sərgisində baş tutub.
Radar ərazi müdafiəsinin effektivliyini və səmərəliliyini artırır, PUA-lardan müdafiəni və sərhəd təhlükəsizliyini təmin etməyə imkan verir.
DAiR yüzlərlə rəqəmsal qəbuledicini, mürəkkəb alqoritmləri və Süni Zəka (SZ) imkanlarına malik hesablama nüvələrini özündə birləşdirən X diapazonlu proqram təminatı ilə müəyyən edilmiş radar sistemidir. Sistem hədəf prioritetləşdirməyə ehtiyac olmadan müxtəlif ölçülü və sürətlə minlərlə obyekti eyni vaxtda aşkar etmək və izləmək qabiliyyətinə malikdir.
Sevinc Əliyeva
Ordu.az