“Eurosatory 2022”: ABŞ şirkəti saxta tank, təyyarə və digər silah modellərini təqdim edib

2022/06/i2K_D-1655462763.jpg
Oxunub: 6695     17:45     17 İyun 2022    
ABŞ-ın “i2k Defense” şirkəti şişmə tanklar, reaktiv təyyarələr, sığınacaq, çadır və anqarlar hazırlayır.

Ordu.az xəbər verir ki, şirkət təqdim etdiyi məhsulları “Eurosatory 2022” sərgisində nümayiş etdirib.

Saxta hədəflər istehsal edən şirkətin məhsulları arasında T-72, M1 “Abrams”, “Patriot” raket buraxılış qurğusu, THAAT hava hücumundan müdafiə sistemi, 2K22 “Tunquska” hava hücumundan müdafiə sistemi, ZSU-23, BMP-2, T-90, 9K33 “Osa”, S-400, 2K12 Kub, Çinin YJ-12 hava hücumundan müdafiə sistemi və ZBD-5 amfibiya tankları var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurosatory   ABŞ  


Bizi "telegram"da izləyin