“Eurosatory 2022”: İsveçrə şirkəti HT-100 pilotsuz helikopterlərini nümayiş etdirib

2022/06/Anavi-1655462709.jpg
Oxunub: 5790     17:44     17 İyun 2022    
İsveçrənin “Anavia” şirkəti HT-100 VTOL (şaquli qalxıb enə bilən) PUA-larını Parisdə keçirilən “Eurosatory 2022” zamanı nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

HT-100 pilotsuz helikopterlərinin uçuş müddəti 240 dəqiqədir, 65 kiloqrama qədər faydalı yük daşıya bilir.

Aşağı uçuş və texniki xidmət xərcləri ilə platformalar ekipajlı helikopterlərin bəzi funksiyalarını yerinə yetirə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   Eurosatory  


Bizi "telegram"da izləyin