“Eurosatory 2022”: “Rheinmetall” HX3 model hərbi yük maşınlarını nümayiş etdirib

2022/06/RMMV_-1655462482.jpg
Oxunub: 3431     11:32     18 İyun 2022    
“Rheinmetall” şirkəti logistik və taktiki senarilər üçün HX3 model yeni nəsil hərbi yük maşınlarını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, “Eurosatory 2022” sərgisində təqdim olunmuş maşınlar MAN hərbi yük maşınlarına əsaslanır.

Hərbi yük maşınları ailəsi olan HX sistematik olaraq maksimum dayanıqlıq, hərəkətlilik, istifadə rahatlığı və modulluq üçün nəzərdə tutulub. Maşınların ən son HX3 konfiqurasiyası 4x4, 6x6, 8x8 və 10x10 versiyalarında mövcud olacaq.

“Eurosatory 2022” sərgisində yüksək hərəkət qabiliyyətinə malik HX 10x10 şassi üzərində quraşdırılmış təkərli özüyeriyən haubitsa nümayiş etdirilib. HX3 həmçinin “Skynex” hava hücumundan müdafiə sistemi üçün mobil platforma kimi xidmət edə bilər.

Təkərli özüyeriyən haubitsa 10x10 təkər formullu HX şassisinə quraşdırılıb. O, yüksək dərəcədə qorunan kabin və tam avtomatik, uzaqdan idarə olunan artilleriya qülləsi ilə təchiz olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurosatory   MAN   EurosatoryMANMAN  


Bizi "telegram"da izləyin