Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“Specialist Engineering Solutions” (SES) layihəsi çərçivəsində hazırlanan sistemlər qorunan nəqliyyat vasitələrini təkmilləşdirməklə əməliyyat və taktiki üstünlükləri təmin edir.
Sistemlər həm təkərli, həm də tırtıllı hərbi texnikalara inteqrasiya oluna bilər. Sistem avtomobil əməliyyat çevikliyini artırmaq üçün mina sahəsinin təmizlənməsi, səpələnən minalardan təmizləmə, yerüstü minalardan təmizləmə, əldəqayırma partlayıcı qurğuları qarşı mübarizə üçün uyğunlaşdırıla bilər.
Şirkət sistemi Silahlı Qüvvələrdə bir neçə dəfə sınaqdan keçirib. Çatdırılma 2023-cü ildən 2026-cı ilə qədər planlaşdırılır.
Şirkətin nümayiş etdirdiyi digər məhsul hərbi, humanitar və kommersiya məqsədləri üçün qurulmuş uzaqdan idarə olunan, çoxməqsədli platforma olan GCS-200-dür. Yüksək dayanıqlı komponentlərlə təchiz edilmiş GCS-200 sərt iqlim şəraitinə, xüsusilə də tərkibində 15 kq-a qədər partlayıcı maddə olan tank əleyhinə minalarına tab gətirə bilir.
Sevinc Əliyeva
Ordu.az