“Eurosatory 2022”: Sloveniya çox qısa mənzilli HHM sistemlərini təqdim edib

2022/06/Carbo-1655462254.jpg
Oxunub: 2890     16:41     17 İyun 2022    
Sloveniyanın “Carboteh” şirkəti BANS adlı çox qısa mənzilli Hava Hücumundan Müdafiə (HHM) sistemlərini (VSHORAD) təqdim edib.

Ordu.az xəbər verir ki, təqdimat 13-17 iyun 2022-ci il tarixlərində Parisdə yerləşən “Nord Villepinte” sərgi mərkəzində “Eurosatory” müdafiə və təhlükəsizlik sərgisində baş tutub.

Sistemin istifadəsi asandır, xüsusi təlim tələb olunmur və çox qənaətlidir.

BANS əslində atəş açmadan müdafiə təmin edir. Çiyinə qoyularaq idarə olunan silah təyyarənin raket buraxılış xəbərdarlığı və aşkarlama sistemini rəqəmsal olaraq stimullaşdıran və onun həyəcan siqnalını işə salan raket buraxılış modelini simulyasiya edir.

Pilotlar həyəcan siqnalından sonra öz missiyasını dayandırır və ya əks tədbirlər görməyə məcbur olur.

Döyüş təyyarəsi və ya helikopterə qarşı istifadə oluna bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurosatory   Sloveniya  


Bizi "telegram"da izləyin