“Eurosatory 2022”: Misir şirkəti öz zirehli maşınlarını təqdim edib

2022/06/Eagle-1655462087.jpg
Oxunub: 5704     16:43     17 İyun 2022    
Fransanın Paris şəhərində keçirilən “Eurosatory 2022” sərgisində Misirin “Eagles International” şirkəti zirehli maşınlarını təqdim edib.

Ordu.az xəbər verir ki, şirkət zirehli texnika, gülləkeçirməyən şüşə fasadlar, zirehli qapılar və s. üzrə ixtisaslaşıb.

Şirkətin təqdim etdiyi maşın “Toyota Land Cruiser” şassisinə əsaslanır.

Avtomobil 7,62 mm-lik pulemyot və ya 40 mm-lik avtomatik qumbaraatanla silahlanmaq üçün nəzərdə tutulmuş qüllə ilə təchiz olunub. Altı nəfər arxada otura bilər, hər birində özünümüdafiə üçün silah bölməsi var.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurosatory   Misir  


Bizi "telegram"da izləyin