“Eurosatory 2022”: ABŞ şirkəti yeni “Kobra 725” modul robotunu təqdim edir

2022/06/Teled-1655376295.jpg
Oxunub: 4747     12:45     17 İyun 2022    
ABŞ-ın “FLIR Defence” şrikəti Parisdə keçirilən “Eurosatory” sərgisində yeni “Kobra 725” modul robotunun təqdim edib.

Ordu.az xəbər verir ki, tırtıllı çox missiyalı platforma yeni imkanlar və texnoloji sistemlərə malikdir.

Robotlar ən çətin şəraitdə əməliyyat tələblərini yerinə yetirə bilir. “Kobra 725” asan idarə olunan sistemdir və bənzərsiz güc və faydalı yük dəstəyi təmin edir.

Robotun təkmil manipulyator qolu ağır yükləri qaldıra bilir və çətin yerlərə daxil olmaq üçün təxminən dörd metr hündürlüyə qədər uzanır.

250 kq-dan az olan “Kobra 725” yüksək manevr qabiliyyətinə malikdir, hətta kobud ərazidə belə, pilləkənləri qalxır və baryerləri keçə bilir. Yeni texnologiyaya HD kameralar, vizual/termal mobil kameraları, radio modulları və AES-256 şifrələmə daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin