Ordu.az xəbər verir ki, şirkətin stendində dəqiq elektro-optik sistemlər və çox sensorlu müşahidə həlləri nümayiş olunur.
Şirkətin təqdim etdiyi sistemlər dəqiq hədəf əldə etmək və təhlükənin təhlili üçün qabaqcıl kommunikasiya və Süni Zəka (SZ)/maşın öyrənmə texnologiyalarına malikdir.
Şirkətin “Otus” sistemləri kiçik və orta ölçülü PUA-larda, insansız quru platformalarında və idarə olunan təyyarələrdə geniş istifadə olunur.
“Beesense” rəsmiləri deyir ki, sərgidə Avropa bazarı üçün təqdim edilən hava və dəniz müşahidə sistemləri unikal dizayna malikdir.
Sevinc Əliyeva
Ordu.az