Ordu.az xəbər verir ki, şirkət ilk dəfə Avropa bazarı üçün “Redback” maşınlarını nümayiş etdirib.
Avstraliya və Cənubi Koreyada uğurlu sınaqlar və qiymətləndirmələrdən sonra futuristik döyüş maşını ilk dəfə Avropada tam ölçüdə nümayiş etdiriləcək və bazarın ehtiyaclarını ödəmək üçün yeni nəsil imkanlarını vurğulayacaq.
Şirkət bildirir ki, Avropalı müştərilər təkmilləşdirilmiş manevr qabiliyyəti və müdafiə texnologiyaları ilə təkmil döyüş maşınları axtarırlar.
“Redback” 2019-cu ildə Avstraliyanın “LAND 400 Faza 3” proqramı üçün hazırlanıb. Keçən il futuristik döyüş maşını manevr və sağ qalma qabiliyyətini sübut edib.
Maşın tank əleyhinə silahlara qarşı ən müasir zirehli mühafizə imkanları və bütün ərazilər üçün manevr qabiliyyəti ilə təchiz edilib.
Sevinc Əliyeva
Ordu.az