“Eurosatory 2022”: İtaliya şirkəti “Superav” adlı zirehli amfibiya avtomobilini təqdim edib

2022/06/euros-1655375690.jpg
Oxunub: 1996     12:43     17 İyun 2022    
İtaliyanın “Iveco Defence Vehicles” şirkəti “Superav” adlı zirehli amfibiya avtomobilini təqdim edib.

Ordu.az xəbər verir ki, təqdimat Fransada keçirilən “Eurosatory 2022”də baş tutub.

8xx təkər formullu “Superav” zirehli amfibiya avtomobili açıq okeanda sahilyanı əməliyyatları dəstəkləmək və gəmidən hədəfə əməliyyatlar aparmaq qabiliyyətinə malikdir. Maşına 40 mm çapa qədər silah quraşdırmaq olar. Maşında 10 tonluq missiya yükü daşına bilər.

“Superav” 6 silindrli 700 at gücündə FPT mühərriki, “Allison” transmissiyası, xüsusi H tipli ötürücü sistemi, müstəqil hidro-pnevmatik “McPherson” tipli asqı sistemi ilə təchiz edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Iveco   İtaliya  


Bizi "telegram"da izləyin