“Eurosatory 2022”: İsrail şirkəti “DroneNet RD” antidron sistemini təqdim edib

2022/06/euros-1655368175.jpg
Oxunub: 8190     15:47     17 İyun 2022    
İsrailin “Netline Communications Technologies” şirkəti “DroneNet RD” antidron sistemini təqdim edib.

Ordu.az xəbər verir ki, təqdimat Fransada keçirilən “Eurosatory 2022” sərgisində baş tutub.

Şirkət müdafiə qüvvələri və daxili təhlükəsizlik agentlikləri üçün yüksək səviyyəli radioelektron mübarizə vasitələləri və antidron sistemləri hazırlayır.

“DroneNet RD” çoxqatlı mühafizə sistemi düşmən PUA-sının aşkarlanması, identifikasiyası, izlənilməsi və qarşısının alınması üçün bütün tezlik diapazonlarını əhatə edir. Kiçik bir taktiki komanda tərəfindən ultra sürətli yerləşdirmə qabiliyyətinə malik olan kompakt sistem həm idarəetmə stansiyasından, həm də uzaqdan idarə oluna bilər və tam güc qorunmasına imkan verir.

“DroneNet” real vaxt rejimində ardıcıl işləyən və təhlükə aşkar edildikdə avtomatik aktivləşdirilən üç müdafiə təbəqəsindən ibarətdir. Hər bir təbəqə müstəqil sistem kimi fəaliyyət göstərə və digər müdafiə sistemləri ilə əlaqə qura bilir.

Sistem hərbi qüvvələr, strateji obyektlər və ya VIP mühafizə arenaları kimi məkanları qorumaq üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurosatory   İsrail  


Bizi "telegram"da izləyin