Ağdamda Xocalı soyqırımının ildönümü ilə bağlı yürüş keçirilib - FOTOLAR

2022/02/trend-1645866584.jpg
Oxunub: 6212     13:01     26 Fevral 2022    
Ağdamda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar yürüş keçirilib.

Ordu.az xəbər verir ki, yürüşdə polislər, hərbçilər, Xocalı sakinləri iştirak ediblər.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63-ü uşaq, 106-sı qadın xüsusi amansızlıqla qətlə yetirilib. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ağdam   Yürüş  


Bizi "telegram"da izləyin