Səlcuq Bayraktar Hərbi Qənimətlər Parkını ziyarət edib - FOTOLAR

2022/02/555-1644419332.jpg
Oxunub: 3455     19:07     09 Fevral 2022    
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib.

Ordu.az xəbər verir ki, o, bununla bağlı “Twitter” hesabında paylaşım edib.

"Qarabağ müharibəsi zamanı ələ keçirilən hərbi texnikaların sərgiləndiyi Qənimətlər Parkında olduq. Bu münasibətlə bir daha qələbə memarlarını, bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətdarlıqla yad edirik. Qələbə görə Rəbbimizə şükürlər olsun!", - deyə paylaşımda deyilir.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Səlçuk-Bayraktar   Qənimətlər-Parkı  


Bizi "telegram"da izləyin