Milli Qəhrəman Səfiyar Behbudovun xatirəsi anılıb - FOTOLAR

2020/06/10557-7964535335.jpg
Oxunub: 4162     15:48     23 İyun 2020    
Azərbaycanmın Milli Qəhrəmanı Səfiyar Behbudovun xatirəsi anılıb.

Ordu.az-ın Qarabağ bürosunun verdiyi məlumata görə, şəhidin Bərdənin Mollalı kəndindəki məzarını ziyarət edən hərbçi yoldaşları onun şərəfli döyüş yolunun hər kəs üçün örnək olduğunu vurğulayıblar.


Bildirilib ki,Tərtər bölgəsində bir neçə uğurlu əməliyyatda iştirak edən Səfiyar Behbudov daha sonra Ağdam istiqamətində gedən döyüşlərə qatılır. O, Əsgəran, Qaraqaya yaxınlığında gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirir, çoxlu sayda canlı qüvvə və texnikasını məhv edir.


Döyüşlərdən birində onun idarə etdiyi piyada əleyhinə döyüş çaşını düşmən tərəfindən vurulur, yaralı vəziyyətdə olan Səfiyar Behbudov əsir götürülür. 10 gün ərzində ağır işgəncələrə məruz qalan Səfiyarı ermənilər sonda yandırırlar. Onun nəşi sonradan geri alınıb.


Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə Səfiyar Abuzər oğlu Behbudova “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Orta təhsilini aldığı Bərdə rayon 6 saylı tam orta məktəb hazırda onun adını daşıyır.






Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Qəhrəman  


Bizi "telegram"da izləyin