Ordu.az xəbər verir ki, hərbi ekspert Treysi Cerman bu mərhələdə Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların nə qədər real olduğunu təhlil etməyə çalışıb.
Onun sözlərinə görə, münaqişə ölkələrində, vasitəçi ölkələrdə, habelə dünyada səslənən bütün bəyanatları və əsas vəziyyəti təhlil edəndə məlum olur ki, vəziyyət kifayət qədər mürəkkəbdir.
Treysi Cerman bildirib ki, konkret olaraq bu münaqişənin xüsusiyyətlərini nəzərə almaq lazımdır.
Hərbi ekspert qeyd edib ki, bu mərhələdə Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar hər hansı dövlətin maraqlarından irəli gəlmir, çünki bütün dövlətlər beynəlxalq fəlakətin qarşısının alınması ilə məşğuldur.
“Dağlıq Qarabağ münaqişəsinin alovlanması həm tərəflər, həm də vasitəçilər üçün real, lakin arzuolunmaz ssenaridir”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az