Ordu.az xəbər verir ki, hərbi hissələrdən birinin döyüş mövqeyində mübahisə olub, əsgərlər "doğru və yanlış məsələlələri" həll etməyə çalışıblar.
Üstəlik, mövqenin rəhbər heyəti əsgərlərin mübahisəsindən xəbərdar olub, lakin hər hansı müdaxilə nümayiş etdirməyiblər, nəticədə əsgər ilkin məlumatlara əsasən intihar edib.
Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat yayıb ki, Marqaryanın sinə nahiyəsindən ölümcül güllə yarası alması hadisəsi ilə bağlı birinci qarnizon istintaq şöbəsində Ermənistan Cinayət Məcəlləsinin 360.1-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə (döyüş növbətçiliyi və ya döyüş xidməti həyata keçirən zaman hərbi qulluqçunu diqqətsizliklə intihar həddinə çatdırmaq) cinayət işi açılıb və istintaq aparılır.
19 yaşlı erməni hərbi qulluqçu işğal altında olan Xocalı rayonunun Seyidbəyli kəndindəndir.
Kəndin nümayəndəsi Vrej Stepanyan əsgərin təxminən 11 ay "hərbi birləşmə"də qulluq etdiyini bildirib.
“Şuşada məktəbə qəbul olmuşdu, sonra orduya çağrılmışdı. Ölümün detalları haqqında hələlik heç nə məlum deyil. Hərbi qulluqçu valideynlərinin yeganə oğlu, evin kiçiyi idi, ondan böyük bacısı var. Anası kənd uşaq baxçasının direktorudur, atası Su komitəsində işləyir”, - deyə Stepanyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az