Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu amerikalı analitik Pol Qobl Dağlıq Qarabağ münaqişəsinin mərhələli variantı haqqında son həftələrdə fəallaşan söz-söhbətlərə toxunarkən bildirib.
Qeyd edək ki, aprelin 22-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov danışıqlar masasında sənədlərin olduğunu qeyd edib.
Pol Qoblun sözlərinə görə, hazırda tərəflərin hansı və nə qədər kompromislər ola biləcəyi ilə bağlı uzun danışıqlar apardığı görünür.
“Bu, sonsuz bir proses ola bilər, proses barəsində xəbərsiz olduğumuz bir çox detallardan ibarət olanda bu barədə danışmaq çətindir”, - deyə o bildirib.
Amerikalı analitik qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış etməlidirlər.
Alpər Mövludoğlu
Ordu.az