Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb

2020/05/97022-1588942736.jpg
Oxunub: 4896     16:35     08 May 2020    
Mayın 8-də işğal altında olan Qarabağda yerləşdirilmiş qanunsuz “hərbi birləşmə”nin əlahiddə tank briqadasının bölmələrindən biri tərəfindən döyüş atışı ilə müşayiət olunan bölük taktiki “hərbi oyunları” keçirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, təlimlər Ağdamın işğal altındakı Uzundərə kəndi ərazisində keçirilir.

Təlim zamanı ağır artilleriya qurğularından atılan mərmilərin səsi təmas xəttinə yaxın yaşayış məntəqələrindən eşidilir. Hazırda təlim davam edir.

Əlavə edək ki, qarşıdakı həftələrdə işğal altında olan Qarabağda qanunsuz yerləşdirilmiş “hərbi birləşmə”nin bütün bölmələrinin bənzər “hərbi oyunlara” cəlb olunacağı qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ   Təlim  


Bizi "telegram"da izləyin