Ərzağın keyfiyyətindən şikayət edən erməni hərbi aşpaz döyülüb

2018/08/nizamsiz-ermeni35435_4541804328_1533192487.jpg
Oxunub: 29772     11:31     09 May 2020    
Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmət edən aşpaz ərzağın keyfiyyətsiz, yeməkxananın qəzalı və mətbəx avadanlığının köhnə olmasından şikayət etdiyi üçün döyülüb.

Ordu.az xəbər verir ki, düşmən ordusunun Madagizdə yerləşən bölmələrindən birində xidmət edən Zöhrab Gevorkyan valideynləri ilə söhbət zamanı vəziyyətin acınacaqlı olması və hərbi hissədə verilən qidanın keyfiyyətindən gileylənib.

Bundan narahat olan valideynlər Ermənistan müdafiə nazirliyinin qaynar xəttinə zəng edərək vəziyyət barədə məlumat veriblər. Bu barədə xəbər tutan komandanlıq əsgər Z.Gevorkyanın “düzgün xidmət” etməsi məqsədilə müvafiq “profilaktiki” tədbirlərə əl atıb.

Hətta hərbi aşpaz öyrədilmiş digər hərbi qulluqçular tərəfindən təhqir və təzyiqlərə məruz qalaraq vəhşicəsinə döyülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Dava  


Bizi "telegram"da izləyin