ABŞ Dövlət katibinin köməkçisinin müavini: ABŞ Ermənistanla Azərbaycan arasında dialoqun təmin olunmasında dərindən iştirak edir

2020/05/12-1588837131.jpg
Oxunub: 27548     14:02     07 May 2020    
“Həm Azərbaycan, həm də Ermənistanın Xarici İşlər Nazirləri, ABŞ-ın dialoqun davam etdirilməsində yardımçı müsbət rol oynadığını yaxşı bilirlər”

Ordu.az xəbər verir ki, bunu ABŞ Dövlət Katibinin köməkçisinin müavini Corc Kent, Almaniyanın Marşall fondu tərəfindən təşkil edilən onlayn müzakirə zamanı “Amerikanın Səsi”nin sualını cavablandırarkən deyib.

O qeyd edib ki, ABŞ Helsinki Yekun Aktının prinsiplərinə əsaslanaraq, sülh yolu ilə nizamalama məqsədinə nail olmaq üçün Ermənistan və Azərbaycan Xarici İşlər Nazirləri arasında dialoqun təşkilinə kömək edərək prosesdə fəal iştirak edir.

“Bu güc tətbiqi və ya güc təhdidinin edilməməsi, ərazi bütövlüyü, eyni zamanda xalqların öz müqəddəratını təyinetmə hüququnu əhatə edir. Dağlıq Qarabağ məsələsində tərəflər bu prinsipləri fərqli şəkildə şərh ediblər”, - deyə Kent qeyd edib.

ABŞ, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Qarabağ münaqişəsi ilə bağlı bir neçə gün əvvəl verdiyi açıqlamasi ilə həmrəy olub-olmadığına dair sualı cavablandırarkən, Dövlət Departamentinin nümayəndəsi belə deyib:

“Rusiya Xarici İşlər Nazirinin açıqlamalarını şərh etməyəcəyəm. Sadəcə onu deyim ki, ABŞ Ermənistanla Azərbaycan arasında dialoqun təmin olunmasında dərindən iştirak edir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qarabağ   Azərbaycan  


Bizi "telegram"da izləyin