Erməni zabiti tabeliyindəki əsgəri döyərək xəstəxanalıq edib

2017/10/488380204_s2342344_1509350495.jpg
Oxunub: 21225     15:03     04 May 2020    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində zabitlər tərəfindən əsgərlərə qarşı törədilən vəhşiliklərin sayı artmaqdadır.

Ordu.az xəbər verir ki, bu günlərdə 5-ci dağ atıcı alayının artilleriya divizion komandiri T.Abel tabeçiliyindəki əsgəri vəhşicəsinə döyərək xəstəxanalıq edib.

Müxtəlif bədən xəsarətləri ilə tibb məntəqəsinə yerləşdirilən əsgər Mikael Qriqoryan öz izahatında zabitin təhqirlərinə və söyüşlərinə etiraz etdiyinə görə döyüldüyünü bildirib.
Faktla bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-zabit   Dava   Ermənistan-ordusu  


Bizi "telegram"da izləyin