“Bu, həll prosesində strateji baxımdan hansısa ciddi yerdəyişməyə prioritet vermir” – EKSPERTLƏR

2019/07/5765_-1564558347.jpg
Oxunub: 31764     12:37     02 May 2020    
“Lavrovun hazırda bu məsələni qaldırmasında təəccüblü nəsə yoxdur”.

Ordu.az xəbər verir ki, bu barədə Vaşinqtonun “Atlantic Council” analitik mərkəzinin Dinu Patrisiu adına Avrasiya mərkəzinin direktoru, keçmiş yüksək vəzifəli diplomat Con Herbst bildirib.

Onun sözlərinə görə, Moskvanın Dağlıq Qarabağ məsələsinin mərhələli həlli haqqında danışması ilk dəfə deyil, buna görə də Lavrovun hazırda bu məsələni qaldırmasında təəccüblü nəsə yoxdur.

“Stratfor” kəşfiyyat-analitik mərkəzinin Avrasiya şöbəsinin analitiki, Qarabağ konfliktinin tarixini yaxşı bilən Yevqeni Çausovski hesab edib ki, bu, həll prosesində strateji baxımdan hansısa ciddi yerdəyişməyə prioritet vermir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Eskpert   Lavrov  


Bizi "telegram"da izləyin