“Azərbaycan parlament diplomatiyasının müxtəlif platformalarında Qarabağ münaqişəsi ilə bağlı daha intensiv işləyəcək”

2019/08/1565109060.jpg
Oxunub: 25793     15:16     01 May 2020    
“Yaxın gələcəkdə Azərbaycan parlament diplomatiyasının müxtəlif platformalarında Qarabağ münaqişəsi ilə bağlı öz yanaşmalarını beynəlxalq ictimaiyyət üçün anlaşılan etmək istiqamətində daha intensiv işləyəcək”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni siyasi ekspert Hasmik Vardanyan deyib.

O qeyd edib ki, Azərbaycan AŞPA-da və Şərq Tərəfdaşlığının “Avronest” PA-sında öz nümayəndə heyətlərinin tərkibinə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevi daxil edib.

“O, bu vəzifəni öz üzərinə götürdükdən sonra həll məsələsində icmalararası yanaşmanı irəli çəkmək istiqamətində kifayət qədər aktiv iş həyata keçirir. Heç olmasa indi Azərbaycan təbliğatına əks təsir etmək zərurətinə ciddi yanaşmağa başlamaq lazımdır”, - deyə Vardanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ-İcması  


Bizi "telegram"da izləyin