Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyada fəaliyyət göstərən “Qafqaz” geosiyasi klubunun direktoru Nikolay Banin deyib.
Banin qeyd edib ki, bu, ilk növbədə tələskənliyi açıq şəkildə ortaya qoyub və Ermənistan Xarici İşlər nazirinin mətbuat konfransı bu tələskənliklə təşkil olunub.
“Bununla birlikdə aydındır ki, onun çıxışı cavablar səslənməsindən daha çox suallar yaratdı. Baş nazir Nikol Paşinyan bunlara cavab verməlidir, çünki Qarabağ münaqişəsində dönüş nöqtəsi əldə etmək və həmçinin münaqişənin həll prosesini şəffaflığın yeni səviyyəsinə çatdırmaq haqqında ucadan səslənən bəyanatlar 2018-ci ildə onun hakimiyyətə gəlməsinin heç də az vacib olmayan elementlərindən idi. Gördüyümüz kimi, nə birini, nə də digərini həyata keçirməyiblər”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az