Qarabağda işğalçı orduya məxsus silah-sursat anbarı yanır

2018/06/1528723142-3725_1528738828.jpeg
Oxunub: 5186     16:52     29 Aprel 2020    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinə məxsus silah-sursat anbarında bu gün səhər saatlarında yanğın başlayıb.

Ordu.az xəbər verir ki, Ağdərə istiqamətində yerləşən hərbi anbarda baş verən yanğın böyük bir ərazini əhatə edib.

Yanğın nəticəsində meydana çıxan partlayış səsləri yaxınlıqdakı yaşayış məntəqələrində də eşidilib. Hadisə yerinə bir neçə mülki yanğınsöndürən maşını cəlb olunub.

Hadisə yerinə qanunsuz hərbi birləşmənin rəhbəri Cəlal Harutunyan gəlib. Yanğının qəsdən törədildiyi ehtimal olunur. Bildirilir ki, komandanlıq özünün "qara" silah ticarətinin üstünü ört-basdır etmək və anbarlarda çatışmayan hərbi əmlakı qeydiyyatdan sildirmək üçün bu yanğını törədib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yanğın   Erməni-ordusu   Qarabağ  


Bizi "telegram"da izləyin