Ordu.az xəbər verir ki, işğal edilmiş Madagiz yaşayış məntəqəmizdə yerləşdirilən bölmələrdən birində xidmət edən Enrik Zakaryan koronovirus infeksiyasına yoluxduğu üçün tibb məntəqəsinə aparılıb və müayinə edildikdən sonra geri qaytarılıb.
Həkimlərin və komandanlığın laqeyidliyindən hiddətlənən əsgər tabeliyində olan silahdan atəş açaraq özünü öldürmək istəyib. O, hərbi hospitala təxliyə edilib. Komandanlıq hadisənin ailə-məişət zəminində baş verdiyini bildirib.
Hərbi polis faktla bağlı araşdırmaya başlayıb.
Ordu.az