Erməni siyasi analitik: “Danışıqlar Madrid prinsipləri sənədinin yenilənmiş variantı ətrafında gedir”

2020/04/kdmfk-1588145595.jpg
Oxunub: 8797     17:31     29 Aprel 2020    
“Bu gün Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Madrid prinsipləri sənədinin yenilənmiş variantı ətrafında danışıqlar gedir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni siyasi analitik Karen Bekaryan deyib.

Onun sözlərinə görə, əslində, Lavrovun dediklərini bir yerə yığsaq, görünər ki, bundan öncə Madrid prinsipləri sənədinin açıqlanmış hissəsində olan mərhələli danışıq prosesinin təsdiqlənməsi, elementlərin qeyd edilməsi, müzakirələr bu gün Madrid sənədinin çox pis variantı ilə yenilənənin ətrafında gedir.

Bekaryan qeyd edib ki, hazırda paket elementi prinsiplərin ümumi sənədi timsalında ikinci planda qalıb və substantiv yolla bunun müxtəlif xarakterli komponentləri müzakirə olunur.

“İndi Azərbaycan Qarabağ tənzimlənməsi prosesindən ayrılmış bəzi elementləri Qarabağ nümayəndəsi vasitəsilə AŞPA-da müzakirə mövzusuna çevirmək üçün səyini əsirgəməyəcək”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal   Ermənistan  


Bizi "telegram"da izləyin