Ordu.az-ın Qərb bürosu məlumat verir ki, 1000 dəst tibbi ləvazimat və 500 ərzaq bağlaması rayonun Əlibəyli, Ağdam,Vahidli, Düz Qırıqlı, Əyyublu, Qaraxanlı, Xatınlı və Qovlar kəndlərində yaşayan şəhid ailələrinə çatdırılıb.
Bununla yanaşı quruma müraciət edən bir neçə aztəminatlı ailələr də birdəfəlik ərzaqla təmin edilib.
Təşkilatın işi bununla da yekunlaşmır. Əməkdaşlar Koxa Nəbi, Əsrik-Cırdaxan kəndlərində də şəhid ailələləri və Qarabağ qazilərini tibbi ləvazimat və ərzaq dəsti ilə təmin etməyi planlaşdırırlar. Bundan əlavə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz Rayon Şöbəsi, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz Rayon Filalı öz büdcələrindən Koronavirusla Mübarizə Fonduna ümumilikdə 360 manat pul köçürməsi ediblər.
Bundan əlavə koronavirusla mübarizədə ölkə daxili aparılan məqsədyönlü və uğurlu siyasətə görə prezident İlham Əliyevə təşəkkür məktubu da ünvanlayıblar. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz Rayon Şöbəsi, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz Rayon Filalının rəhbəri Etibar Vəliyev bu cür addımların şəxsi imkanlar hesabına reallaşdırıldığını bildirib. Təşkilatın şəhid ailələləri və Qarabağ qazilərinin qayğısına qalması bu işlərlə yekunlaşmır.
Cümşüd Məmmədov
Ordu.az