Ermənistan ordusunun zabitləri fərarilik edib

2018/07/146046786734534534_1509435690_1523899490_1532510960.jpg
Oxunub: 4876     17:11     28 Aprel 2020    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən əsgərlərlə yanaşı zabitlərin də hərbi hissəni özbaşına tərk etmələri halları artıb.

Ordu.az xəbər verir ki, bu günlərdə məlum olub ki, üç nəfər zabit hərbi hissədən qaçıblar.

Belə ki, 6-cı dağ atıcı alayın zabitləri Daro Harutunyan və Albert Hambaryan hərbi hissədə mövcud olan dözülməz şəraitə etiraz əlaməti olaraq xidmət yerlərini icazəsiz tərk ediblər. Digər zabit, artilleriya divizionunun komandiri Qaprel Qaprelyan isə məzuniyyətə getmiş və istirahət müddəti bitdikdən sonra hərbi hissəyə qayıtmaqdan imtina edib.

Hər 3 fərari zabit barədə hərbi polisə məlumat verilib, barələrində cinayət işi açılıb və araşdırma aparılır.

Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin