Rusiyalı siyasi analitik: “Paşinyan danışıqlarda əsas qeyri-sabitlik yaradan amildir”

2019/05/34534-1558163145.jpg
Oxunub: 19287     10:51     27 Aprel 2020    
“Rusiya Xarici İşlər naziri Sergey Lavrovun həll formatı ilə bağlı qeyd etdiyi tezisdə hər hansı sensasiya yoxdur və olmayıb, çünki mərhələli variant 25 il ərzində müzakirə olunub, məqsədə doğru hərəkət etmək üçün mərhələli yol haqqında danışıq hər zaman olub”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı siyasi və təhlükəsizlik məsələləri üzrə analitik Qriqori Trofimçuk deyib.

Trofimçuk bildirib ki, rus tərəfi hər zaman olduğu kimi bütün lazımi sənədlərin çoxdandır masada olduğu barədə qeyd edib.

“Lakin hazırkı mərhələnin problemi ondadır ki, hakimiyyətə gəlmiş Nikol Paşinyan vəziyyətin inkişafı üçün öz baxışını təklif etməklə faktiki olaraq bütün danışıq tarixi, eləcə də həmin bu mərhələlilik üzərinə xətt çəkib. Üstəlik, aydındır ki, o, heç kimə heç bir ərazini verməyə hazırlaşmır və bu baxımdan Paşinyan açıq şəkildə Bakını rədd etməyən Sarkisyandan daha radikaldır. Paşinyan Bakını müharibəyə təhrik edir, lakin sonuncu hansısa bir şeydən ehtiyat edir və hələlik öz yerində dayanıb. Böyük hesabla danışıqlar masası ətrafında heç nə baş vermir, hər şey dondurulub”, - deyə o bildirib.

Trofimçuk qeyd edib ki, Paşinyan danışıqlarda əsas qeyri-sabitlik yaradan amildir.

Alpər Mövludoğlu
Ordu.az




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   İşğal  


Bizi "telegram"da izləyin