Erməni partiya sədri: “Paşinyan, Qarabağı təhvil verəni torpağa təhvil verəcəyik”

2020/04/31311-1587716271.jpg
Oxunub: 16424     14:16     24 Aprel 2020    
“21-ci əsr Günəş altında bir yerə malik olmaq və yaşamaq üçün həyati əhəmiyyətli müharibələrin aparılması, köhnə dövlətlərin məhv olmaı və yenilərinin yaranması, iqtisadi dünya böhranları və bənzər çoxsaylı digər fəlakətlər kimi Yer kürəsində baş verən sürətli geosiyasi dəyişikliklərlə doludur”.

Ordu.az xəbər verir ki, bunu “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədri Xaçik Asryan yazıb.

“Paşinyan Nikol, heç biriniz heç vaxt Qarabağın taleyini müzakirə etmək hüququna belə sahib deyilsiniz, çünki həqiqi bir yol və missiya var: Qarabağı və erməni millətinin müdafiəsi naminə ölməyə hər zaman hazır olmaq.

Paşinyan Nikol, Qarabağı təhvil verəni torpağa təhvil verəcəyik”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan   İşğal   Paşinyan  


Bizi "telegram"da izləyin