Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Novruz bayramı münasibətilə hərbi qulluqçular şəhid ailələrini ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, bayram münasibətilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, şəhid ailələrinə baş çəkilib onlara Ordu rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Foto
Teqlər:
Şəhid-ailəsi
Novruz-Bayramı