Ordu.az-ın məlumatına görə, Samir Ziyəddin oğlu Kaçayev 1994-cü ildə Şamaxı şəhərində anadan olub.
2011-ci ildə orta təhsilini bitirən Samir Kaçayev elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) daxil olub. 2015-ci ildə ADRA-nı müvəfəqqiyətlə bitirən Samir Kaçayev həmin ildəcə magistaturaya qəbul olub. Əsgər Samir Kaçayev 2016-cı ilin aprel ayında qəhrəmancasına şəhid olub.
Aprelin 3-ü isə Samir Kaçayev doğulduğu Şamaxı rayonunun Çuxuryurd kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb.
Samir Kaçayev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
Ordu.az