Paytaxt polisi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də start verdiyi “Əsgərə salam” aksiyasına qoşulmaqla Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirib.
Ordu.az xəbər verir ki, onlar düşmənlə üz-üzə dayanan, öz xidməti vəzifəsini və vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən hərbçilərimizə dəstək verərək birlik nümayiş etdiriblər.
Aksiya Bakı şəhər Baş Polis İdarəsinin bütün idarə və bölmələrində davam etdirilib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Foto
Teqlər:
Polis
Əsgərə-salam