ABŞ-ın Nyu Meksiko Ştat Senatı Qara Yanvar faciəsinin 30-cu ildönümünə dair Bəyannamə qəbul edib

2020/02/15808-1580889297.jpg
Oxunub: 965     12:48     05 Fevral 2020    
ABŞ-ın Nyu Meksiko Ştat Senatı fevralın 4-də Qara Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı geniş bəyannamə qəbul edib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, Bəyannamədə faciə kəskin şəkildə pislənilərək, azadlıq mübarizəmizin ilk qurbanlarının xatirəsi hörmətlə anılıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyannamə Senatın plenar iclasında qəbul olunub. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Nyu Meksiko Ştat Senatının rəhbərliyinə məktub ünvanlayaraq, bu tarixi bəyannaməyə görə amerikalı senatorlara təşəkkürünü bildirib.

Senatın plenar iclasında oxunan bəyannamədə 1918-ci ildə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, ancaq iki il sonra bolşevik işğalı nəticəsində müstəqilliyinə son qoyulduğunu və 71 il ərzində Azərbaycanın Sovet əsarətində qaldığı bildirilir. Qeyd olunur ki, Azərbaycan xalqının azadlıq arzularını boğmaq üçün 1990-cı ilin 20 yanvar tarixində 26 minlik Sovet qoşunu Bakıda mülki əhaliyə qarşı amansız qırğın törədərək, aralarında uşaqlar, qadınlar və yaşlılar da olan böyük sayda günahsız insanı qətlə yetirib. Vurğulanır ki, bu qətliam azadlıq uğrunda mübarizədə Azərbaycan xalqının qətiyyətini daha da gücləndirərək, 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etməsinə gətirib çıxarıb.

Həmçinin, sənəddə qeyd olunur ki, Azərbaycan bu gün ABŞ-ın regional müttəfiqi və dostudur və Nyu Meksiko ştatında baş konsul və fəxri konsul vasitəsilə təmsil olunan Azərbaycan bu ştat ilə son illərdə güclü münasibətlər qurub.

Bəyannamənin sonunda vurğulanır ki, Nyu Meksiko Senatı Qara Yanvar faciəsinin 30-cu ildönümünü və Azərbaycanın azadlıq və müstəqillik mübarizəsinin qurbanlarının xatirəsini hörmətlə anır.

Qeyd edək ki, Azərbaycanın Nyu Meksikodakı fəxri konsulu Art Makhaffi plenar iclasda iştirak edib. Bəyannamə senator Ortiz i Pino tərəfindən fəxri konsula təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: ABŞ   Senat   20-Yanvar  

ABŞ-ın Nyu Meksiko Ştat Senatı Qara Yanvar faciəsinin 30-cu ildönümünə dair Bəyannamə qəbul edib

2020/02/15808-1580889297.jpg
Oxunub: 966     12:48     05 Fevral 2020    