Polad Bülbüloğlunun 75 illik yubileyi cəbhə bölgəsində qeyd olunub - FOTOLAR

2020/02/d75c1-1580887230.jpg
Oxunub: 2080     11:19     05 Fevral 2020    
Yubilyar “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 75 illik yubileyi cəbhə bölgəsində təntənəli şəkildə qeyd olunub.

Xalq artisti Polad Bülbüloğlu, qızı Leyla, oğlu, gənc dirijor Murtuza, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, general-mayor Mais Bərxudarov, Beyləqan və Xocavənd Rayon İcra hakimiyyətlərinin başçıları əvvəlcə N saylı hərbi hissəyə gəliblər. Qonaqlar hərbi hissədə əsgər və zabitlərin xidməti ilə maraqlanıb, ideoloji otaq, yataqxana, ərzaq anbarı, yeməkxana ilə tanış olub, əsgərlərlə birgə nahar ediblər.

Əsgərlər qarşısında çıxış edən Polad Bülbüloğlu onlara xidmətlərində uğurlar arzulayıb, qələbənin bizim olacağına inamını ifadə edib. Onu “Heydər Əliyev” ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən P.Bülbüloğlu deyib: "Bu, mənim üçün çox böyük bir mükafatdır. Ömrümün sonunadək çalışacağam ki, bu ordenə layiq olum".

Xalq artistinə hərbi hissənin xatirə hədiyyəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin müəllifi olduğu "Lələtəpə fatehləri" kitabı təqdim olunub. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının çıxışları maraqla qarşılanıb.

75 illik yubileyini cəbhə bölgəsində qeyd etməsindən danışan Polad Bülbüloğlu deyib: “Biz bu nümunəni Prezident İlham Əliyevdən götürürük. O, doğum gününü əsgərlərlə, məcburi köçkünlərlə birgə keçirir. Prezident gözəl bir ənənə yaradıb. Mən də hələ yay aylarında düşünürdüm ki, Prezidentdən nümunə götürüb ad günümü əsgərlərlə bir yerdə qeyd edim. Dünən Prezidentimiz mənə “Heydər Əliyev” ordenini təqdim etdi, ünvanıma çox gözəl sözlər dedi. Mən də fürsətdən istifadə edərək işimə, yaradıcılığıma qiymət verdiyi üçün dövlətimizin başçısına dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, dünən qızım dedi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da “Instagram” səhifəsində məni təbrik edib. Mehriban xanıma da dərin təşəkkürümü bildirirəm. Çox duyğulandım”.

Həmin gün Beyləqan Olimpiya İdman Kompleksində Polad Bülbüloğlunun “Gəl, ey səhərim!” adlı konserti olub. Əvvəlcə Xalq artistinin yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun milyonların sevə-sevə dinlədiyi mahnıları səslənib. Gecədə Polad Bülbüloğlunun oğlu Murtuza Bülbülün dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin “Rapsodiya”sı təqdim olunub.

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Polad Bülbüloğlunu görkəmli bəstəkar və müğənni, məharətli diplomat, Azərbaycanı sonsuz məhəbbətlə sevən vətənpərvər kimi səciyyələndirib, ən xoş arzularını çatdırıblar.

Tədbirdə Polad Bülbüloğlu Müdafiə nazirinin əmri ilə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı və qiymətli hədiyyə ilə təltif edilib. Yubilyara Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən Qarabağ xalçası hədiyyə olunub.

Polad Bülbüloğlu yubiley konsertində iştirak edən bütün iştirakçılara təşəkkürünü bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Polad-Bülbüloğlu   Cəbhə  

Polad Bülbüloğlunun 75 illik yubileyi cəbhə bölgəsində qeyd olunub - FOTOLAR

2020/02/d75c1-1580887230.jpg
Oxunub: 2081     11:19     05 Fevral 2020    