“Xatirələrdə, ürəklərdə yaşayan yenilməz sərkərdə” mövzusunda vətənpərvərlik tədbiri keçirilib - FOTOLAR+VİDEO

2020/01/3e071-1580479349.jpg
Oxunub: 1280     17:15     31 Yanvar 2020    
“Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planı çərçivəsində yanvarın 31-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında "Xatirələrdə, ürəklərdə yaşayan yenilməz sərkərdə" adlı vətənpərvərlik tədbiri keçirilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin, general Həzi Aslanovun timsalında Böyük Vətən müharibəsində həlak olan qəhrəmanların, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi rəsmilərinin, Bakı qarnizonundakı hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, müharibə veteranlarının, veteran təşkilatlarının, qəhrəmanın adını daşıyan müəssisələrin, Həzi Aslanovun ailə üzvlərinin, eləcə də gənclərin iştirak etdikləri tədbirdə Respublika Veteranlar Təşkilatı sədrinin müavini, polkovnik Cəlil Xəlilov, yubiley təşkilat komitəsinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani xalqımızın qəhrəman oğlunun mənalı ömür və şanlı döyüş yolu barədə ətraflı məlumat veriblər.

General Həzi Aslanov haqqında müharibə illərində çəkilmiş sənədli film və xüsusi buraxılışlardan fraqmentlər nümayiş olunub, veteranlar cəbhə xatirələrini bölüşüblər.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Əməkdar artist Cahangir Qurbanov və Ağabala Abdullayev yenilməz sərkərdə haqqında vətənpərvərlik mahnıları ifa ediblər.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək Azərbaycan gənclərinin də “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Prezident Sərəncamını böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını və bu istiqamətdə silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Nazir müavini Respublika Veteran Təşkilatının gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna xidmətlərini qeyd edib və bu işin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib. O, xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun ömür yolunun Azərbaycan gəncləri üçün örnək olduğunu, Azərbaycanın oğlan və qızlarının qəhrəmanlıqlarının daha geniş təbliğinin vacibliyi vurğulayıb. Faşizm üzərində Qələbinin 75 illiyi ilə əlaqədar Gənclər və İdman Nazirliyinin də Respublika Veteranlar Təşkilatı ilə birlikdə respublikamızın bölgələrində yürüş, marafon, konfrans və görüşlərin təşkil edəcəyi diqqətə çatdırılıb.

Tədbirin sonunda Təşkilatın sədri, general-polkovnik Tofiq Ağahüseynov qarşıdan gələn 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə veteranların Azərbaycan gənclərinə ünvanladığı təbrik müraciətini nazir müavininə təqdim edib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Anım mərasimində Həzi Aslanov irsinin tədqiqi və araşdırılmasında müstəsna xidmətləri olan Əməkdar incəsənət xadimi, tədqiqatçı-jurnalist Musa Bağırov, general Həzi Aslanovun nəvəsi Emin Aslanov çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

“Xatirələrdə, ürəklərdə yaşayan yenilməz sərkərdə” adlı vətənpərvərlik tədbiri torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olan Azərbaycan Ordusunun güc və qüdrətini tərənnümün edən hərbi marşın ifası ilə başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: MN   Həzi-Aslanov   Tədbir  

“Xatirələrdə, ürəklərdə yaşayan yenilməz sərkərdə” mövzusunda vətənpərvərlik tədbiri keçirilib - FOTOLAR+VİDEO

2020/01/3e071-1580479349.jpg
Oxunub: 1281     17:15     31 Yanvar 2020    