Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı bölgələrdə görüşlər keçirilir - VİDEO

2020/01/441db-1580391185.jpg
Oxunub: 1695     17:31     30 Yanvar 2020    
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydalarının ictimaiyyətə çatdırılması məqsədilə Müdafiə Nazirliyində yaradılan təşviqat qrupu bölgələrdə şagirdlər, valideynlər və müəllimlərlə görüşlər keçirir.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, görüşlərdə zabit peşəsinə marağın aşılanması, hərbi-vətənpərvərlik işinin orta təhsil müəssisələrində daha da səmərəli təşkilinə dair fikir mübadiləsi aparılır, hərbi rəhbərlərin təklifləri və istəkləri qeydə alınır.

Müdafiə Nazirliyinin zabitləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Hərbi Tibb Fakültəsinə, Heydər Əliyev və Cəmşid Naxçıvanski adına hərbi liseylərə qəbul qaydaları haqqında ətraflı məlumat verərək məktəblərin təminatından, sosial-məişət şəraitindən danışıblar.

Görüşlərdə hərbi məktəblər haqqında videoçarxlar və hərbi-vətənpərvərliyə dair filmlər nümayiş etdirilib, qəbulla bağlı suallar cavablandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: MN   Görüş  

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı bölgələrdə görüşlər keçirilir - VİDEO

2020/01/441db-1580391185.jpg
Oxunub: 1696     17:31     30 Yanvar 2020    