Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, dünən, saat 16:30 radələrində Ermənistanın şimal-şərqində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində müqaviləli erməni hərbi qulluqçu Artur Hraçik Mejlumyan (Tavuş hərbi komissarlığı) təxribata cəhd edərkən yaralanıb.
"Hərbi qulluqçu İrəvandakı hospitala köçürülüb, bütövlükdə səhhəti ağır olaraq qiymətləndirilir. İstintaq davam edir", - deyə Ermənistan MN-in açıqlamasında qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az