Ordu.az xəbər verir ki, işğal altında olan yaşayış məntəqələrimizdən birində yerləşdirilən düşmən ordusunun hərbi hisəsinin əsgəri Emil Martirosyan əsgər yoldaşını mütəmadi olaraq fiziki təhqirlərə məruz qoyduğuna görə həbs olunub.
İşgəncələrə dözməyə taqəti qalmayan əsgər bu barədə yaxın qohumuna danışıb və hadisədən xəbər tutan hərbi qulluqçunun valideynləri hərbi prokurorluğa müraciət ediblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir. Əgər döyülən əsgərin valideynləri güzəştə getməzsə erməni hərbçisi E. Martirosyanın uzun müddət dəmir barmaqlıqlar arxasında qalacağı iddia edilir.
Ordu.az