Kəşfiyyat birləşmə, hissə və bölmələrində taktiki hazırlıq - ANALİZ

2019/12/69577-7886368625.jpg
Oxunub: 4446     11:12     10 Yanvar 2020    
Döyüş tapşırığını uğurla yerinə yetirmək üçün komandirlərə və qərargahlara düşmənin qüvvələri, vəziyyəti, fəaliyyət xarakteri və ərazi haqqında yetərincə məlumat lazımdır. Bu məlumatlar, digər kəşfiyyat növlərindən başqa taktiki kəşfiyyatla da əldə edilir.

Kəşfiyyat bölmələri döyüş tapşırıqlarını xüsusi şəraitlərdə yerinə yetirir. Kəşfiyyat orqanları, adətən bizim qüvvələrimizdən kənarda və əksər hallarda düşmən ərazisində fəaliyyət göstərir.

Kəşfiyyatın tapşırıqları yalnız bölmələrlə deyil, kəşfiyyat orqanları ilə də yerinə yetirilir.

Kəşfiyyatçılardan yüksək mənəvi, psixoloji, döyüş keyfiyyətləri və peşəkarlıq, eləcə də bölmələrin döyüş uzlaşması tələb olunur. Yüksək çöl vərdişlərinə yalnız effektiv döyüş hazırlığı ilə nail olmaq olar. Kəşfiyyatçıların döyüş hazırlığında əsas rol taktiki (taktiki-xüsusi) hazırlığa məxsusdur. Bu hazırlıq – kompleks peşəkar bilik və vərdişlər yaradır.

Taktiki (taktiki-xüsusi) hazırlığın tapşırıqları:

- əsgərlərin öz aralarında və kəşfiyyat bölmələrinin digər qoşun növlərinin kəşfiyyat bölmələri ilə qarşılıqlı əlaqəsi;
- gecə, gündüz və digər məhdudgörmə şəraitlərində, dağlıq, meşəlik, düzənlik, bataqlıq, qar və buz, su maneələri və digər müxtəlif ərazilərdə, mürəkkəb taktiki, radioelektron və müasir döyüş fəaliyyətləri şəraitlərində effektiv və uzlaşdırılmış kəşfiyyatın aparılması;
- şəxsi heyətdə cəsarət, təşəbbüskarlıq, mərdlik, yoldaşlıq, qarşılıqlı kömək, kollektivçilik hissləri, qarşılıqlı xilas etmə hazırlığı və digər yüksək mənəvi, psixoloji və döyüş keyfiyyətlərini yaratmaq və təkmilləşdirmək.

Kəşfiyyat hissə və bölmələrinin təchizatına daim yeni silah və texnika, texniki vasitə və əmlaklar daxil olur. Bu da kəşfiyyat bölmə və orqanlarının hazırlığının forma, üsul və metodikasının daim təkmilləşdirilməsini tələb edir.

Kəşfiyyat hissə və bölmələrinin taktiki (taktiki-xüsusi) hazırlığı aşağıdakılardan ibarətdir:

- taktiki-sıra məşğələləri;
- taktiki (taktiki-xüsusi) məşğələlər;
- taktiki-xüsusi təlimlər.

Taktiki-sıra məşğələləri

Taktiki-sıra məşğələsi – taktiki hazırlığın əsas formasıdır. Bu məşğələlərdə kəşfiyyatçılar, kəşfiyyat orqanları və bölmələr müxtəlif döyüş növlərində kəşfiyyatın aparılması üsul və fəndlərini məşq edir. Bu məşğələlərdə kəşfiyyatçılar müxtəlif şəraitlərdə düşmən və döyüş sahəsinin kəşfiyyatının aparılmasını öyrənir, kəşfiyyat bölmə və orqanlarının komandirləri isə bölmələrinə və orqanlarına tapşırıqların verilməsi və idarə olunmasında təcrübə qazanırlar.

Taktiki-sıra məşğələlərdə kəşfiyyatçılar kəşfiyyat bölmələri və orqanları tərkibində müxtəlif döyüş növlərində kəşfiyyatın aparılması üsulları və fəndlərini əvvəl elementlərlə asta tempdə məşq edir, sonra tam həcmdə təyin olunmuş normativlər çərçivəsində yerinə yetirirlər. Kəşfiyyatın fəndləri, üsulları və ya təlim sualları öyrənənlərin onu düzgün və lazım olan tempdə yerinə yetirməyi öyrənənədək təkrarlanır. Sonra növbəti təlim sualı məşq etdirilir.

Taktiki-sıra məşğələsi kəşfiyyat bölüyü ilə keçirilir. Taktiki-sıra məşğələsində əsas təlim metodu kəşfiyyatın üsul və fəndlərinin məşq etdirilməsidir. Əlavə olaraq izahetmə, göstərmə və nümayiş metodlarından istifadə oluna bilər.

Taktiki-sıra məşğələsi texnika üzərində və ya piyada keçirilir. Hər bir məşğələnin mövzusu və keçirilmə müddəti döyüş hazırlığı proqramına əsasən təyin olunur.

Taktiki-sıra məşğələlərinin hazırlığına daxildir:

- mövcud məlumatların dəqiqləşdirilməsi;
- rəhbərin hazırlığı;
- ərazidə sahənin hazırlığı;
- məşğələ planının hazırlanması;
- şəxsi heyətin hazırlığı;
- maddi-texniki bazanın hazırlığı.

Məşğələ rəhbəri məşğələyə hazırlıq zamanı:

- mövzu və məşğələnin məzmununu aydınlaşdırır;
- öyrənənlərin hər bir kateqoriyası üçün təlimin məqsədlərini təyin edir;
- təlim suallarını hazırlayır.

Rəhbər – təlimat və digər rəhbəredici sənədlərin mövzuya aid olan maddələrini öyrənir, məşğələ rayonunu seçir və ərazi kəşfi aparır, irimiqyaslı xəritədə taktiki şəraitin sxemini tərtib edir. Məşğələnin nə dərəcədə mənimsənilməsi və təlim suallarının keyfiyyətli məşq etdirilməsi, seçilmiş ərazidən çox asılıdır. Seçilmiş ərazidə – yarğanlar, yüksəkliklər, kollu dərələr, seyrək meşələr, kiçik yaşayış məntəqələri, dağıntılar, bataqlıq sahələri, su maneələri və digər nəzəri cəlb edən yerlər və müxtəlif maneələr olmalıdır. Kəşfiyyatçıların hazırlığı üçün daha çox xüsusi təlim maddi-texniki bazaya ehtiyac var. Məşğələ üçün təlim sahəsində ehtimal olunan düşmən ordusunun taborunun müdafiə rayonunu yaratmaq məqsədəuyğundur. Həmin sahədə döyüş düzülüşünün elementləri, fortifikasiya qurğuları, müxtəlif maneələr hazırlanır. Mövqelərdə düşmənin silah və texnikalarının (tank, PDM, ZTR, avtomobil, TƏİR, top, reaktiv mərmilərin buraxıcı qurğuları) maketləri yerləşdirilir, ərazidə isə ölmüş əsgər müqəvvaları, dağılmış bina qalıqları, zədələnmiş döyüş texnika elementləri qoyulur. Məşğələnin gedişində düşmən və öz qoşunlarımızın yerləşdiyi ərazilərdə yanğın imitasiyası, tüstülənmə yaradılır. Bütün bunlar kəşfiyyatçılarda muasir döyüş şəraitinin daha real qəbul edilməsinə, çətin şəraitlərdə müşahidənin aparılması, pusqunun, axtarışın təşkilinə və keçirilməsinə imkan verir.

Rəhbər məşğələ üçün ərazi sahəsini seçərək və taktiki vəziyyəti xəritədə dəqiqləşdirərək, ərazi kəşfinin gedişində təlim suallarının məşq etdirilməsi qaydalarını dəqiqləşdirir, təlim sahəsindən müvafiq imkanlarından istifadə edir.
Bununla yanaşı rəhbər dəqiqləşdirir:

- təlim sahəsində məşğələnin hazırlığı üçün əlavə nə etməlidir;
- təlim suallarının məşq etdirilməsi, yekun, məşğələ yerinə və geriyə hərəkətin vaxt hesabı.

Rəhbər təlim suallarının ərazidə məşq etdirilməsi qaydalarını dəqiqləşdirdikdən sonra məşğələ planını tərtib edir. Planın forması motoatıcı bölmələrin taktiki-sıra məşğələlərinin planı formasına uyğundur. Tədris suallarının vaxtını bölüşdürərkən vaciblik dərəcəsi və şəxsi heyətin hazırlıq səviyyəsini nəzərə almaq lazımdır.

Kəşfiyyatçıların məşğələyə hazırlığı müstəqil hazırlıq vaxtı keçirilir. Ərazinin qum maketində və ya elektron trenajorlarda məşğələyə hazırlıq keçirilməsi daha yaxşı effekt verir. Maket və trenajorlarda taktiki şəraiti tam yarada bilmək üçün lazım olan işarələr hazırlanmalıdır. Məşğələyə qədər şəxsi heyətə təhlükəsizlik qaydaları öyrədilir.

Məşğələ rəhbəri məşğələni aşağıdakı ardıcıllıqla keçirə bilər:

- mövzunu, məşğələnin məqsədini, birinci tədris sualını və onun məşq etdirilmə qaydasını elan edir;
- yaranmış taktiki şəraiti çatdırır;
- şəxsi heyəti məşğələnin planına uyğun bölüşdürür, döyüş tapşırıqları verir, fəaliyyət qaydalarını izah edir və göstərir;
- birinci fəndin (fəaliyyətin) yerinə yetirilməsi üçün komanda verir, tam mənimsəyənə qədər məşq etdirir;
- sonra növbəti fəndin (fəaliyyətin) məşq etdirilməsinə keçir;
- bir sualın məşqi bitirdikdən sonra, rəhbər yeni taktiki vəziyyəti çatdırır və eyni qaydada növbəti təlim sualını məşq etdirir;
- ehtiyac olduqda rəhbər hər tədris sualından sonra qısa yekun keçirir;
- bölmə komandiri bütün tədris suallarının məşqi bitdikdən sonra, vaxt olarsa, öyrənilmiş fəndlərin (fəaliyyətin) kompleks məşqini təşkil edə bilər. Bu halda kəşfiyyat orqanlarının məşğələ yerlərini dəyişmək və təqlid olunan düşmənin fəaliyyətini göstərmək məqsədəuyğundur;
- məşğələnin sonunda rəhbər ümumi yekun keçirir.

Taktiki-sıra məşğələsinin yekununda rəhbər məşğələnin məqsədlərinə nə dərəcədə nail olunduğunu qeyd edir, yol verilən səhvləri və səbəbləri analiz edir, müsbət fəaliyyətləri qeyd edir. Sonda komandir oyrənənlərə qiymət verir və məşğələnin gedişində yol verilmiş çatışmazlıqların aradan qaldırılması üçün lazım olan göstərişlər verir.

Taktiki məşğələ

Taktiki məşğələ – müxtəlif döyüş fəaliyyətləri növlərində kəşfiyyatın aparılması zamanı kəşfiyyat orqan və bölmələrinin uzlaşması, kəşfiyyat tapşırıqları yerinə yetirilərkən kəşfiyyatın təşkili, kəşfiyyat qüvvə və vasitələrinin idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üçün təyin edilib. Taktiki məşğələdə bütün təlim sualları tam şəkildə vahid taktiki şəraitdə və ardıcıllıqla məşq etdirilir. Məşğələnin gedişində, ehtiyac olarsa, qısa fasilə edərək yol verilmiş nöqsanların aradan qaldırılması üçün bəzi fənd və hərəkətlər məşq etdirilə bilər. Taktiki məşğələlərdə əsas tədris metodu döyüş sahəsində kəşfiyyatın aparılması üsul və fəndlərinin praktiki yerinə yetirilməsidir.

Taktiki məşğələlər, adətən texnika üzərində keçirilir. Ehtimal olunan düşmən – mişen, maket, əsgərlər və imitasiya vasitələri ilə təqlid olunur. Məşğələlərin 30-40%-i gecə vaxtı keçirilir.

Taktiki məşğələdə mövzuya adətən, bir döyüş növü fəaliyyətində məşq etdirilən kompleks kəşfiyyat sualları daxil edilir. Məşğələnin müddəti döyüş hazırlığı proqramına əsasən təyin olunur və 3-5 saat, bəzi vaxtlarda bir tədris gününə qədər ola bilər. Bir məşğələdə mövzudan, təlim məqsədlərindən, müddətindən asılı olaraq bir neçə tədris sualları məşq etdirilə bilər.

Taktiki məşğələ kəşfiyyat taqım və manqaları ilə keçirilir. Məşğələyə, taqımda bölük komandiri, manqada isə taqım komandiri rəhbərlik edir. Taktiki məşğələ üçün ilkin məlumatlar, onların təyin edilməsi və dəqiqləşdirilməsi qaydası, eləcə də məşğələyə hazırlıq qaydaları əsasən taktiki-sıra məşğələsində olduğu kimidir.

Taktiki məşğələdə düşmən qüvvələrinin kəşfiyyat əleyhinə imkanları, günün vaxtı, hava şəraiti, taktiki şərait, obyektlərin xarakteri, texniki vasitələr nəzərə alınmalıdır. Buna görə də, gecə vaxtı düşmənin yerləşdiyi ərazidə axtarış, pusqu, basqın fəaliyyətlərini yerinə yetirən zaman, uyğun şəraitin yaradılması üçün kəşfiyyat obyektlərinin yaxınlığında və düşmənin yerləşmə ərazilərində, tam həcmdə səngərlər, məftil maneələri, təlim mina sahələri, işıq və siqnal səs qurğuları hazırlanmalıdır, gecəgörmə cihazları ilə müşahidə, radiolokasiya stansiyaları, müşahidənin aparılması üçün ərazidə heyətlər qoyulur.

Taktiki məşğələnin keçirilmə qaydası aşağıdakı kimi ola bilər:

- məşğələ rəhbəri kəşfiyyat orqanlarını çıxış nöqtəsinə (rayonuna) aparır;
- kəşfiyyatın aparılması üçün taktiki vəziyyəti çatdırır və tapşırıqlar verir;
- kəşfiyyat orqanının (bölməsinin) komandiri, tapşırıq aldıqda onu aydınlaşdırır, şəraiti qiymətləndirir və tabelikdəkilərə döyüş tapşırıqları verir;
- öyrənənlər döyüş tapşırıqlarını düzgün verdikdən və şəxsi heyət onu düzgün qavradıqdan sonra rəhbər fəaliyyətin başlamasına əmr verir və eyni vaxtda şərti düşmənin fəaliyyətinin başlamasına siqnal verir;
- ardıcıl olaraq şəraiti inkişaf etdirməklə, bütün təlim suallarını məşq etdirir;
- məşğələnin sonunda yekun keçirilir.

Yekunda, təyin olmuş təlim məqsədlərinə hansı dərəcədə nail olunması təyin edilir, bölmələrin fəaliyyəti qiymətləndirilir. Taktiki məşğələnin yekunu bütün şəxsi heyətlə, sonra isə ayrı-ayrı kateqoriyalarla keçirilir.

Taktiki-xüsusi təlim

Taktiki-xüsusi təlim – muasir ümumqoşun döyüşlərində kəşfiyyatın təşkili və aparılması üzrə hazırlığın çöl vərdişlərinin əsas formasıdır. O, Müdafiə Nazirinin əmri və təlimatların tələbləri əsasında təşkil olunur və keçirilir.

Kəşfiyyat üzrə taktiki-xüsusi təlimin məqsədləri:

- kəşfiyyat bölmə və hissələrinin müxtəlif döyüş növlərində kəşfiyyat üzrə tapşırıqların yerinə yetirilməsində uzlaşması və onların döyüş hazırlığının yoxlanılması;
- komandir və qərargahların kəşfiyyatın təşkili və bölmələrin döyüşdə fasiləsiz idarə olunması üzrə bilik və vərdişlərinin təkmilləşdirilməsi;
- kəşfiyyat orqanlarının fəaliyyəti zamanı kəşfiyyat silah və texnikasından bacarıqla istifadənin məşq etdirilməsi.

Taktiki-xüsusi təlimin gedişində kəşfiyyat hissə və bölmələrinin şəxsi heyəti, komandir və qərargahlar fasiləsiz olaraq taktiki vəziyyəti inkişaf etdirməklə, vahid məqsədlə, müxtəlif döyüş fəaliyyəti növündə, müxtəlif ərazilərdə, böyük dərinliklərdə, müəyyən vaxt ərzində, gecə və gündüz, ilin müxtəlif vaxtlarında praktiki olaraq kəşfiyyat tapşırıqlarını yerinə yetirirlər.

Əsas tədris metodu – bütün öyrənənlərin döyüş fəaliyyətlərinə yaxın şəraitdə öz vəzifələrini yerinə yetirmələri üzrə praktiki işdir, bunda başqa, başa salma, göstərmə metodlarından da istifadə edilir. Təlim kompleks mövzu ilə keçirilir.

Birliyin kəşfiyyat taboru ilə taktiki-xüsusi təlim adətən, birtərəfli, müxtəlif döyüş növlərində kəşfiyyat dəstələri üçün nəzərdə tutulmuş fəliyyətlərin məşq etdirilməsi ilə keçirilir. Təlimə bölmə tam tərkibdə çıxarılır.

Təlimə rəhbərlik edirlər:

- kəşfiyyat taborunun bölükləri ilə – tabor komandiri və ya birliyin kəşfiyyat rəisi;
- kəşfiyyat taboru ilə – birliyin kəşfiyyat rəisi və ya birliyin qərargah rəisi;
- motoatıcı birləşmənin kəşfiyyat bölükləri ilə – birləşmənin kəşfiyyat rəisi və ya qərargah rəisi.

Təlimin keçirilmə müddəti bölüklərlə – sutka yarımdan az olmayaraq, taborla – iki sutkadan az olmayaraq ola bilər:

Düşmən, ehtimal olunan bölmələrinin taktiki fəliyyətinə və təşkilatlanmasına uyğun olaraq imitasiya olunur.

Təlimə hazırlıq üçün təqvim-plan hazırlanır və bütün hazırlıqlar bu plana uyğun keçirilir. İlkin məlumatları təyin etdikdən və dəqiqləşdirdikdən sonra, rəhbər təlimin ümumi məqsədini təyin edir və ərazi kəşfi keçirir.

Bölüyün taktiki-xüsusi təlimi üçün aşağıdakı sənədlər tərtib edilir:

- təlimin keçirilmə planı;
- qoşun vasitəçilərinin fərdi planları;
- düşmənin fəaliyyət və yamsılanmasının qeyd edilmə planı.

Birliyin əlahiddə kəşfiyyat taborunun taktiki-xüsusi təliminin keçirilməsi üçün işlənilən sənədlər, motoatıcı birləşmənin taktiki təliminin keçirilməsi üçün işlənilən sənədlərlə eynidir.

Nəzərə alınmalıdır ki, təlimin gedişində kəşfiyyat üzrə əlamətlərin mənsubiyyətlərinin, düşmənin hissə və bölmələrinin nömrələnməsinin təyin edilməsinin məşq etdirilməsi lazım gəlir. Odur ki, təlimə hazırlıq dövründə şəxsi heyət öyrənməlidir:

- düşmənin zabit, çavuş və əsgərlərinin fərqlənmə nişanlarını;
- vəziyyətin düşmən ordusunun şərti işarələrilə işlənildiyi topoqrafik xəritələri;
- məlumat, əmr və digər döyüş sənədlərini.

Düşmənin fəaliyyətini göstərmək üçün ayrılmış texnika müvafiq tanınma işarələri və yazılarla hazırlanır. Düşmənin silah və döyüş texnikası növlərinin ayrı-ayrılıqda fotoşəkilləri hazırlanır. Adətən təlim, bölmənin döyüşə hazırlığının yoxlanılması ilə başlanır. Təlimin gedişində rəhbər bölmə komandirinin yanında olur, kəşfiyyat bölmələrinin və onlardan ayrılmış kəşfiyyat orqanlarının idarə olunmasını öyrədir. Kəşfiyyat orqanlarında tapşırıqların yerinə yetirilməsi üzrə nəzarət, qoşun vasitəçiləri tərəfindən həyata keçirilir.

Qoşun vasitəçiləri təyin edilir:

- əlahiddə kəşfiyyat taborunda – qərargah rəisinin, bütün kəşfiyyat bölüklərinin, eləcə də fəaliyyatdə olan kəşfiyyat orqanlarının komandirlərinin yanında;
- bölük təlimində – bütün fəaliyyətdə olan kəşfiyyat orqanlarının yanında.

Təlim suallarının məşq etdirilməsi zamanı təlim rəhbəri, öyrənənlərə lazım olan qüvvə və vasitələrin, səylərinin artırılması, əlavə kəşfiyyat orqanlarının göndərilməsi, fəaliyyətdə olanların dəyişdirilməsi, onların fəaliyyət istiqamətinin dəyişdirilməsi, pusqu və basqının təşkil edilməsi və keçirilməsinə şərait yaratmalıdır. Bu məqsədlə düşməni göstərən xüsusi ayrılmış şəxsi heyətdən başqa, rəhbər və qoşun vasitəçiləri müdaxilələrlə vəziyyət yarada bilər.

Təlimin sonunda yekun keçirilir. Daimi yaşayış məntəqəsinə qayıdış taktiki vəziyyətə uyğun olaraq təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə həyata keçirilir.

Nəticə:

1. Kəşfiyyat bölmələrinin hazırlığı digər qoşun növlərinin hazırlığı ilə uzlaşdırılmalı, qarşılıqlı əlaqə yaradılması tələb olunan fəaliyyətlərin öyrədilməsi zamanı birgə məşğələlər təşkil olunmalıdır.
2. Kəşfiyyat hazırlığının məqsədlərinə nail olmaq üçün hərbi hissələrdə və ya yaxın ərazilərdə kəşfiyyat zolaqları və şəhərcikləri hazırlanmalıdır.
3. PUA və digər müşahidə vasitələrinin silahlandırmaya daxil edilməsi ilə əlaqədar kəşfiyyat bölmələrinin ştatı, döyüş tapşırıqları və döyüş hazırlığında müvafiq dəqiqləşdirilmələr aparılmalıdır.

Mənbələr:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Döyüş hazırlığının metodikasi təlimnaməsi”
“Организация и методика боевой подготовки войск”, военное издательство Баку – 1997
https://forum.guns.ru/forummessage/273/2533171-0.html
https://docplayer.ru/60493294-Podgotovka-razvedyvatelnyh-organov-soedineniya-specialnogo-naznacheniya-dlya-vypolneniy-boevyh-zadach-v-tylu-protivnika.html

Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kəşfiyyat   Taktiki-hazırlıq  

Kəşfiyyat birləşmə, hissə və bölmələrində taktiki hazırlıq - ANALİZ

2019/12/69577-7886368625.jpg
Oxunub: 4447     11:12     10 Yanvar 2020    