Bir ölkənin Kiber Komandanlığını necə qurmalı? - İLKİN BAXIŞ

2019/11/11-1574425929.jpg
Oxunub: 1220     17:32     22 Noyabr 2019    
ABŞ Silahlı Qüvvələrinin 1990-cı illərin əvvəllərində öz kiber imkanlarını qurmağa başlamasına baxmayaraq, ilk tam təşəkkül etmiş kiber komandanlığın ortaya çıxması daha uzun zaman aldı. ABŞ Kiber Komandanlığı (USCYBERCOM) yalnız 2010-cu ildə ilkin əməliyyat qabiliyyətini və 2018-ci ilin sentyabrında tam əməliyyat qabiliyyətini əldə etdi. Beləliklə, kiber silah yarışına dair çox sayda media xəbərlərinə baxmayaraq, hərbi kiber qüvvələrin inkişafı bir neçə onillik ərzində baş verən bir proses olub.

İndi ən azı 8 digər NATO müttəfiq ölkəsi öz silahlı qüvvələri daxilində müstəqil kiber komandanlıq və ya xidmət yaradıb. Bunlar Estoniya, Fransa, Almaniya, İtaliya, Hollandiya, Norveç, İspaniya və Türkiyədədir. 2018-ci ilin oktyabrında Estoniya, Danimarka, Hollandiya, Böyük Britaniya və ABŞ, milli kiber məkan güclərinin NATO missiyaları və əməliyyatlarında iştirak edəcəklərini açıqladı. Bir çox NATO ölkəsində (məsələn, ABŞ, Fransa, Almaniya, İspaniya, Hollandiya və Estoniya) rəsmilər öz silahlı qüvvələrindəki kiber hücum imkanlarını inkişaf etdirdiklərini açıqladılar. Bundan əlavə, bir sıra ölkələr hərbi kəşfiyyat xidmətlərində kiber hücum imkanlarına sahib olmaqdadırlar, məsələn, Avstraliya, Belçika, Çexiya, Danimarka, Finlandiya, Norveç və Böyük Britaniya (Danimarkadan başqa bütün dövlətlər belə imkanların inkişafını açıq şəkildə təsdiq ediblər).

Bundan əlavə, bir sıra ölkələrdə mülki siqnal kəşfiyyat xidmətləri öz hücum imkanlarına sahib olmaqdadır, məsələn, ABŞ, Böyük Britaniya, Hollandiya və Kanada. Buna görə də, kiber hücum qabliyyətləri NATO müttəfiq ölkələri tərəfindən mülki kəşfiyyat xidmətləri və silahlı qüvvələr çərçivəsində inkişaf etdirilməkdədir.

Artıq Cənubi Koreya və Hindistan kiber komandanlıqlarını yaratıblar. Kolumbiya və Vyetnamın da kiber komandanlıqları var, lakin indiyə qədər hücum qabiliyyətlərini inkişaf etdirmək niyyətlərində olduqları barədə məlumat yaymayıblar. Sinqapur Silahlı Qüvvələrinin (SAF) Baş Qərargahının C4 Komandanlığının C4 Əməliyyatlar Qrupu kiber müdafiə əməliyyatları həyata keçirir. Buna görə də, texniki cəhətdən müstəqil bir kiber komandanlıq deyil. Belçika, Kolumbiya və Birləşmiş Ərəb Əmirliklərinin kiber hücum imkanlarına malik olduğu güman edilir. Lakin bu ölkələrin dövlət orqanları kiber hücum qabiliyyətlərinin inkişafını təsdiq etmirlər. Bu imkanlar mövcud olsa belə, onların hansı təşkilati formada olduqları bilinmir.

Bununla yanaşı, həmin ölkələrdəki kiber qüvvələrin təsvirləri, missiyaları, mandatları, funksiyaları və imkanları müxtəlifdir. Bu fərqlərə baxmayaraq, silahlı qüvvələr öz növbəsində bütün növ kiber qüvvələrə “kiber komandanlıq” kimi istinad edirlər. Kiber komandanlığın nədən ibarət olduğuna və mövcud hərbi kiber kosmik qüvvələrin hərtərəfli təfərrüatına dair bir ümumi anlaşma yoxdur. Hərbi kiber kosmik təşkilatların ilk ictimai müqayisəli təhlili kimi beş Avropa ölkəsi - Estoniya, Finlandiya, Almaniya, Hollandiya və Norveç (Bu təşkilatlar: Estoniyada, Hollandiya və Norveçdə kiber komandanlıqlar; Almaniyada hərbi kiber xidməti və Finlandiyada kiber müdafiə bölməsidir) üzərində işlənilən bu araşdırma sözügedən boşluğu doldurmağa hesablanıb.

Bu yazıda beynəlxalq qurumların siyasi razılığı, təşkilati quruculuq, əmr-komanda zənciri və strateji göstərişlərlə yanaşı hərbi kiber kosmik qüvvələrin üç kateqoriyasındakı əsas funksiyalar araşdırılır: kiber komandanlıqlar (Estoniya, Hollandiya, Norveç), hərbi kiber xidməti (Almaniya) və kiber müdafiə bölmələri (Finlandiya). Norveçdən başqa bütün seçilmiş ölkələr Aİ-yə üzv dövlətlərdir və Finlandiya istisna olmaqla digərləri NATO ölkələridir.

Bundan əlavə, bu işə daxil olan ölkələrin birindən başqa (Almaniya) hər biri öz ölçüsü baxımından kiçikdir, lakin onların hər biri qabaqcıl milli səviyyəli kibertəhlükəsizlik və kəşfiyyat imkanları nümayiş etdirir.

Araşdırmanın üç böyük hissədən ibarət olacağını düşünürük. Birincisi, bütün bu yazıda istifadə olunan kiber məkana dair tərifləri verməklə yanaşı, kiber məkan, kiber məkan əməliyyatları və silahlı qüvvələrlə bağlı əsas konsepsiyalar və fikirlər izah olunacaq. İkinci hissə, empirik ilkin mənbə tədqiqatlarına (rəsmi strateji sənədlər və hökumət saytları) və mövzu ilə əlaqəli ekspertlərin müsahibələrinə əsaslanaraq, beş nümunənin araşdırılmasından ibarət olacaq. Bununla yanaşı, ikinci hissədə strateji qaydaları, beynəlxalq yerləşdirmələrin siyasi səlahiyyətləndirilməsi, təşkilati struktur və əmr-komanda zənciri, hər bir ölkə üçün əsas funksiyalar da araşdırmaya cəlb ediləcək. Nəhayət, üçüncü hissədə tədqiqatın əsas nəticələri, o cümlədən bu sahədə hərbi-siyasi tövsiyələr də daxil olmaqla dərin təhlil aparılacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kiber-Məkan   Kiber-Komandanlıq   Kibertəhlükəsizlik  

Bir ölkənin Kiber Komandanlığını necə qurmalı? - İLKİN BAXIŞ

2019/11/11-1574425929.jpg
Oxunub: 1221     17:32     22 Noyabr 2019    