“Raket Adam” Britaniyaya məxsus aviadaşıyıcı ətrafında sınaq uçuşları həyata keçirib - VİDEO

2019/11/10773-1574415419.jpg
Oxunub: 7235     15:19     23 Noyabr 2019    
Böyük Britaniya hərbi qüvvələrinə məxsus “Raket Adam” Merilənddən 3 mil məsafədə Hərbi Dəniz Qüvvələrinin “HMS Queen Elizabeth”aviadaşıyıcısı ətrafında sınaq uçuşları edib.

Ordu.az xəbər verir ki, bununla bağlı avidaşıyıcını təmsil edən rəsmi “Twitter” hesabında video yayımlanıb.

Qeyd olunur ki, sınaq uçuşlarını Kral Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan personalı, “Raket adam” qurğusunun yaradıcısı Riçard Brovninq həyata keçirib.

Məlumata görə, “Raket adam” güclü qaz turbinlərindən istifadə edərək 89 km/saat sürətlə hərəkət etmə qabiliyyətinə malikdir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raket-adam   Britaniya  


Bizi "telegram"da izləyin