Qlobal anti-dron bazarı 2019-2023

2019/11/drone-1574335722.jpg
Oxunub: 23658     17:27     21 Noyabr 2019    
Qlobal anti-dron bazarının 2019-2023-cü illərdə 1.24 milyard artacağı proqnozlaşdırılır.

Ordu.az xəbər verir ki, bu, “TOC”un “2019-2023-cü illərdə Anti-dron bazarı” hesabatında qeyd olunub.

Qeyd olunur ki, bu rəqəm əvvəlki dövrlə müqayisədə 28%-dən çoxdur.

Bildirilir ki, PUA-ların ticari və hobbi fəaliyyətlərində artan istifadəsi anti-dron bazarını daha da genişləndirə bilər.

“Ticarət dronlarının qiyməti ucuz, istehsala sadə və istifadəsi asan olduğundan əhəmiyyətli dərəcədə artır. İstirahət və işgüzar fəaliyyətlər üçün istifadə edilməklə yanaşı, pilotsuz təyyarələr daha çox terrorçu qruplar tərəfindən casusluq və hücum üçün istifadə olunur. Buna görə, anti-dron sistemlərinə tələbat getdikcə artır”, - deyə hesabatda qeyd olunub.

Məlumata görə, qlobal anti-dron bazarının əsas oyunçuları “Dedrone Holdings”, “Lockheed Martin”, “Raytheon”, “Saab AB”, “Thales Group”dur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dron   Anti-Dron  


Bizi "telegram"da izləyin