Döyüş hazırlığı nədir və necə olmalıdır? - ANALİZ (HƏRBİ EKSPERT)

2019/11/15541-1574060444.jpg
Oxunub: 2388     10:48     18 Noyabr 2019    
Güclü ordu - xalqın qürur mənbəyidir. Bəs ordu necə güclü olur? Güclü ordunu yaratmağa isə birbaşa və dolayısı ilə təsir göstərən bir çox faktorlar var. Bu faktorlardan biri də döyüş hazırlığıdır. İstədiyimiz nəticələri verməsi üçün, döyüş hazırlığının özünə də təsir göstərən bir çox vacib məsələlər var.

Döyüş hazırlığı nədir və o, güclü ordunun formalaşması üçün necə olmalıdır?

Adətən Qoşunların Döyüş Hazırlığının təşkili üzrə təlimatında, “Döyüş hazırlığı – hərbi qulluqçuların, bölmələrin, birləşmələrin (hissələrin), birliklərin və onların idarəetmə orqanlarının təyinatlarına uyğun döyüş (xüsusi) fəaliyyətlərini (tapşırıqlarını) müvəffəqiyyətlə icra edə bilmələri məqsədi ilə proqramlaşdırılmış (sistemləşdirilmiş) qaydada öyrədilməsi” kimi göstərilir. Yəni, Döyüş hazırlığı - hər bir əsgərdən başlayaraq, ən yuxarı səviyyələrə qədər döyüş tapşırığını istənilən vaxt yerinə yetirmək üçün hazırlıq prosesidir.

Döyüş hazırlığına təsir göstərən amillər

Müxtəlif ölkələrdə ordu quruculuğu prosesində bir çox çətinlikləri, onların aradan qaldırılması tədbirlərini araşdırarkən bu prosesdə bənzərlik gözə çarpır. Fərqliliklər yalnız milli xüsusiyyətlərdən qaynaqlanır.

Karl Qustaf Emil Mannerheim (4 iyun 1867-ci ildə Finlandiyada anadan olub, 27 yanvar 1951-ci ildə vəfat edib) deyib: “Silahlı Qüvvələrə külli miqdarda pul xərcləməzdən əvvəl insanlar üçün elə həyat səviyyəsi yaratmaq lazımdır ki, onlar onu müdafiə etmək istəsinlər”.

Müxtəlif ölkələrdə ordu quruculuğu mərhələsinin analizinə nəzər salsaq Döyüş hazırlığının özünə təsir göstərən amillərdən bir neçəsini qeyd etmək olar:

- hərbiçi və onların ailələrinin sosial vəziyyətinin ən yüksək həddə çatdırılması;
- hərbi təhsil müəsisələrinə ən yüksək balla qəbul;
- şəhid ailələrinin, yaralı və əmək qabiliyyətini itirən hərbiçilərin və ailələrinin maddi və mənəvi vəziyyətinin yüksəldilməsi;
- düzgün kadr siyasəti; korrupsiya, yerlipərəstlik, millətpərəstlik, qohumpərəstlyə yol verilməməsi;
- hüquq-mühafizə orqanlarının Silahlı Qüvvələrin şəxsi heyəti üzərində azad təsirinin qarşısının alınması;
- dəmir nizam-intizam;
- özünü, millətini, ölkəsini, dinini tanımaq və sevmək; şəhidlik məktəbinin öyrənilməsi;
- döyüş hazırlığı prosesinin lazımsız məşğələlərdən azad edilməsi; döyüş hazırlığının döyüş tapşırığına uyğun təşkili;
- silah, sursat, texnika və texniki vasitələrdən tam həcmdə və təyinatına uyğun istifadə edilməsi;
- komandir, qərargah heyəti və mütəxəssislərin yüksək səviyyədə hazırlığı, qısamüddətli zəif kurslara yenidən baxılması; əsas diqqətin praktikaya yönəlməsi;
- kiçik komandirlərin şəxsi hazırlığının və bölmələrin hazırlığında rolunun artırılması;
- simulyasiya və trenajorların bütün səviyyələrdə əsas hazırlıq fənlərində tətbiqi; döyüş hazırlığının təlim maddi-texniki bazasının tam təmin olunması;
- motoehtiyat və sursat məhdudiyyətinin ləğv edilməsi;
- hər bir tapşırıq, vəziyyət və şərait üçün standartarın (konkret tədbirlərin) hazırlanıb tətbiq edilməsi və s.

Əgər bu məsələlər öz həllini tapmazsa qoşunların hazırlığı tələb olunan nəticələri ya vermir, ya da hazırlığa daha uzun zaman lazım olur.

Döyüş hazırlığı nədən ibarətdir?

Döyüş hazırlığı – əsasən şəxsi heyətin fərdi hazırlığı; heyət, qrup, bölmə, bölmələr qrupu, hərbi hissə, birləşmələrin uzlaşması; idarəetmə orqanlarının (qərargahların) bölmələrin, hərbi hissələrin və birləşmələrin fəaliyyətini idarə etməyə hazırlığından ibarətdir.

Döyüş hazırlığının məqsədi

Döyüş hazırlığının məqsədi  qoşunları təyinatına uyğun olaraq qarşıda duran döyüş və digər tapşırıqların yerinə yetirilməsi üçün tələb olunan səviyyəyə çatdırılması, saxlanılması və təkmilləşdirilməsidir.

Ona görə planlaşdırma mərhələsində Döyüş hazırlığı proqramından yalnız qarşıda duran döyüş tapşırığını yerinə yetirməyi təmin edən mövzular seçilərək panlaşdırılmalıdır. Digər mövzuların planlaşdırılıb keçirilməsi vaxt və resursların israfı olar və qoşunların nəticədə lazımi səviyyədə hazırlığına nail olunmaz.

Ona görə də Döyüş hazırlığının istiqaməti Hərbi Doktrinanın əsas prinsiplərinə, ordu quruculuğu və Silahlı Qüvvələrin hazırlığı üzrə dövlətin siyasi Konsepsiyasına əsaslanaraq, hərb sənətinin inkişaf tendensiyası nəzərə alınmaqla təyin olunmalıdır. Döyüş hazırlığı, təcrübədən istifadə olunmaqla, elmi əsaslar üzərində qurulmalıdır.

Döyüş hazırlığının əsas tapşırıqları

Döyüş hazırlığının qarşısında çox tapşırıqlar ola bilər. Onlardan əsas etibarilə aşağıdakıları qeyd etmək olar:

- döyüş tapşırıqlarının təyinat üzrə yerinə yetirilməsi üçün daim döyüşə hazırolmanın yüksək səviyyədə saxlanılması;
- komandir heyətinin və idarəetmə orqanlarının peşəkar hazırlığı;
- hərbi qulluqçuların fərdi hazırlığı, silah, texnika və texniki vasitələrdən döyüş təyinatına uyğun tətbiqinə hazırlıq;
- heyət, qrup, bölmə, bölmələr qrupu, hissə və birləşmələrin uzlaşması;
- silah, texnika və texniki vasitələrin tətbiqi, texniki qulluğun göstərilməsi və döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması üzrə şəxsi heyətin öyrədilməsi;
- qoşunların döyüşdən sonrakı fəaliyyətlərə hazırlığı;
- döyüş hazırlığının gedişində təlimnamələrin və digər rəhbəredici sənədlərin müddəalarının yoxlanılması, yenilənməsi üçün təkliflərin hazırlanması;
- idarəetmə orqanlarının uzlaşması;
- qanunların və nizamnamələrin tələblərinin yerinə yetirilməsinin öyrədilməsi;
- yüksək döyüş ruhu, məsuliyyət, sayıqlıq, intizam, çalışqanlıq və yoldaşlığın tərbiyə edilməsi;
- yüksək psixoloji və fiziki dözümlük, mərdlik və cəsurluq, qətiyyətlik və cəldlik, döyüşün çətinliklərini dəf etmə bacarığının formalaşması;
- beynəlxalq humanitar hüquq normaları və davranış qaydalarına əməl edilməsini öyrətmək;
- bütün növ ehtiyatların hazırlığını və istifadəsini öyrətmək;
- qoşunun hazırlığı metodlarının təkmilləşdirilməsi;
- vəziyyətdə, taktikada və silahlandırmada baş verən dəyişikliklərə uyğun olaraq, döyüş fəaliyyətlərinin aparılma üsullarının təkmilləşdirilməsi.

Döyüş hazırlığına qoyulan əsas tələblər:

-tələb olunan nəticələrə nail olunması;
-hazırlığın məqsədi, tapşırıqları, məzmunu, keçirilmə yeri və vaxtına görə uzlaşdırılması;
- təlim maddi-texniki bazanın, döyüş hazırlığı obyektlərinin düzgün bölüşdürülməsi, müvafiq qurumlar və ya bölmələr tərəfindən qulluq edilməsi və təkmilləşdirilməsi;
- döyüş hazırlığı prosesində qabaqcıl, elmi cəhətdən əsaslandırılmış, effektiv üsulların, metodların və tədris vasitələrinin tətbiqi, döyüş hazırlığı metodikasının daim təkmilləşdirilməsi.

Döyüş hazırlığının prinsipləri:

- öyrətmənin Hərbi doktrinaya uyğunluğu;
- daim döyüşə hazırolmalarının təmin edilməsi;
- müharibədə zəruri olanların öyrədilməsi;
- hər bir komandirin öz tabeliyində olanları öyrətməsi;
- öyrətmənin real döyüş vəziyyətinə maksimum uyğunlaşdırılması;
- sistemlilik və ardıcıllıq (“sadədən-mürəkkəbə” üsulu);
- öyrətmənin elmi əsaslandırılması;
- öyrətməyə fərdi və kollektiv yanaşma;
- öyrənənlərin düşüncəli, aktiv və müstəqil olmaları;
- tədrisin və tərbiyənin vəhdəti.

Bundan başqa şəxsi heyətə növbə və heyət tərkibində döyüş növbətçiliyini (xidmətini) yerinə yetirmə, texnika və texniki vasitələrlə müstəqil işləyə bilmə bacarığı da öyrədilməlidir.

Döyüş hazırlığının təşkili

Qoşunların hazırlığı üzrə əmrlərdə (göstərişlərdə) yuxarı komandanlıq tərəfindən müəyyən edilməsi məqsədəuyğundur:

- döyüş hazırlığı üzrə tapşırıqlar;
- komandir heyətinin hazırlığı üzrə tədbirlər;
- qərargahların hazırlığı üzrə tədbirlər;
- qoşunların hazırlığı üzrə tədbirlər;
- tam həcmdə öyrənilməsi tələb olunan təlimlər, məşqlər, atış və sürücülük çalışmaları;
- tədrisin başlanması və sona çatması müddətləri;
- sınaq və yekun yoxlama təimlərinin vaxtları.

Döyüş hazırlığının təşkili ibarətdir:

- planlaşdırmadan;
- döyüş hazırlığına rəhbərlikdən;
- döyüş hazırlığının yekun yoxlanılmasından;
- döyüş təcrübəsinin öyrənilməsi və tətbiq edilməsindən.

Döyüş hazırlığının planlaşdırılması – döyüş hazırlığı üzrə verilmiş döyüş tapşırığını təmin etmək məqsədi ilə proqramlar əsasında həyata keçirilməlidir.

Döyüş hazırlığının planlaşdırılmasına daxildir:

- döyüş hazırlığı üzrə verilmiş döyüş tapşırığının analizi və ona uyğun məvzuların, məşqlərin, çalışmaların seçilməsi;
- bölmələrin hazırlıq səviyyəsinin ilkin qiymətləndirilməsi;
- bölmələrin hazırlıq səviyyəsinə uyğun ümumi fəaliyyət planı;
- planlama sənədlərinin hazırlanması;
- planlamanın gedişinə nəzarət və köməkliyin göstərilməsi.

Planlaşdırma sadə, real olmalı və təmin etməlidir:

- döyüş tapşırıqlarının yerinə yetirilməsinə tam hazırlığı;
- məşğələlərin məqsədyönlü və effektiv təşkilini;
- döyüş təcrübəsindən, elm və texnikanın nailiyyətlərindən istifadəni;
- məşğələlərin və təlimlərin təşkili və keçirilməsi metodikasında təcrübədən istifadəni;
- təlim və tərbiyənin vəhdətini;
- yüksək çöl vərdişlərinin təmin olunması, bütün fənlərin döyüş tapşırığının yerinə yetirilməsinə yönləndirilməsi (tabe edilməsi);
- tədris şəraitinin real döyüş şəraitinə yaxınlaşdırılması;
- döyüş hazırlığı tədbirlərinin gündəlik fəaliyyət tədbirləri ilə uzlaşdırılması.

Döyüş hazırlığı planında mövzuların saat hesabı, nümunəvi məşğələlər, motoehtiyat və sursat normalarının təyin olunmasına ehtiyac yoxdur. Sadəcə nail olunması tələb olunan tapşırıqların göstərilməsi yetərlidir. Döyüş hazırlığının gedişi, keçiriləcək məşğələlərin, məşqlərin, çalışmaların miqdarı şəxsi heyətin öyrənməsinə uyğun olaraq, gündəlik döyüş hazırlığını təşkil edən bölmə komandirləri tərəfindən təyin olunmalıdır.

Komandirlərin hazırlığı üzrə sinif məşğələlərini minimuma endirib əsas diqqəti sərbəst hazırlıq, toplanış, şəxsi heyətsiz taktiki təlimlər, təkmilləşdirmə kurslarına yönəltmək lazımdır.

Bölmələrin hazırlığı planlaşdırılarkən nəzərə alınmalıdır:

- yuxarı rəisin təyin etdiyi tədbirlər;
- fərdi hazırlığın və bölmələrin uzlaşması üzrə keçiriləcək məşğələlər, məşqlər, çalışmalar.

Döyüş hazırlığının yekun yoxlanılması döyüş atışlı taktiki təlimdən ibarət olmalıdır.

Nəticə:

1. Bölmə, hərbi hissə, birləşmə və birliklər döyüş (əməliyyat) tapşırığı aldığı kimi, döyüş hazırlığı üzrə də tapşırıq almalıdır.

2. Döyüş hazırlığı proqramına daxil edilmiş mövzuların yalnız verilmiş tapşırığa uyğun olanları planlaşdırılıb keçirilməlidir.

3. Döyüş hazırlığına motoehtiyat və sursat sərfi normaları ləğv olunmalı və yalnız nəticə tələb olunmalıdır.

4. Döyüş hazırlığının gedişində “komandir hazırlığı” adı altında komandir və qərargahların siniflərə yığılması, komandirlərin şəxsi heyətdən ayrılması ləğv edilməli, zabitlərin əsas hazırlığı – sərbəst hazırlıq olmalıdır. Hər tədris ilinin əvvəlində hər bir zabitə il ərzində öyrənməli olduğu mövzuların siyahsı verilməli və sonda nticə tələb olunmalıdır.

5. Məşğələlərə mövzular üzrə saat hesabı verilməsi əvəzinə nəticə tələb olunmalıdır.

6. Döyüş hazırlığının yekun yoxlanması və qiymətləndirilməsi bölmənin hazırlıq səviyyəsinin yoxlanması deyil, yalnız şəxsi heyətin özünə güvən hissinin yaradılmasına xidmət etməlidir.

7. Döyüş hazırlığının keçirilməsi əsasən çavuşların rəhbərliyi, zabitlərin mütəmadi nəzarəti altında həyata keçirilməlidir.

8. Qoşun təcrübəsi qurumları yaradılmalı, bu qurumlar təcrübəli hərbiçilər və ya ehtiyatda olan hərbiçilərlə komplektləşdirilməli, qurumun tədris prosesinin, təlimlərin, döyüşlərin bütün mərhələlərində iştirakı təmin edilməli, hazırlanmış təkliflərə uyğun rəhbər sənədlərdə dərhal düzəlişlər edilərək qoşunlara çatdırılmalıdır.

Qeyd: Bu məqalə ümumi xarakter daşıyır və hansısa ölkənin Silahlı Qüvvələri nəzərdə tutulmur. Bütün mövzunu bir məqaləyə sığışdırmaq da mümkün deyil. Analizin, demək olar ki, hər bir bəndinə böyük bir məqalə yazmaq olar.

(Ardı var...)
Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Döyüş-Hazırlığı  

Döyüş hazırlığı nədir və necə olmalıdır? - ANALİZ (HƏRBİ EKSPERT)

2019/11/15541-1574060444.jpg
Oxunub: 2389     10:48     18 Noyabr 2019    