DKTM proqram idarəsinin üzvləri “Kiber Zindan” adlandırılan ortaq kiber təlimlə bağlı ilk işlək prototip hazırladılar. Hazırda ABŞ Quru Qoşunlarının “Prototip B” adlandırdığı qrupla birlikdə beş müxtəlif saat zonasından, yeddi coğrafi məkandan olan 100 nəfərlik kiber missiya qüvvə komandaları eyni zamanda əməliyyat apara bilər. Əlavə olaraq personal təlim kontenti yarada və DKTM-nin menecerinin müavini Liz Bledsonun ssenarisi ilə birlikdə əməliyyat apara biləcək virtual mühitlərdən istifadə edə bilər.
“Kiber Zindan” zamanı DKTM platformasından istifadə edən heyət “Bayrağı Tut” adlı oyunu vasitəsilə öyrənməyə çalışırdı. Oyunun şərtlərinə əsasən komandalar simulyasiya edilmiş şəbəkə daxilində hücumçuları ovlamalıdır. Bldeso bildirib ki, iyul ayında “Prototip C”nin hazırlanması gözlənilir və o, treynerləri sınaqdan keçirmək üçün daha böyük imkanlara sahib olacaq.
Həmin təlim mühiti martda “Kiber Valhalla” adlandırılan təlimdə də istifadə edildi. Bu təlimdə isə iştirakçılar hücum xarakterli kiber fəaliyyətlərə fokuslanmışdılar. DKTM-nin meneceri, polkovnik-leytenant Tomas Monaqan bildirib ki, operatorlar daha əvvəl dünyanın müxtəlif yerlərindəki çoxsaylı komandalarla paralel təlim keçirmə fürsətinə sahib deyildilər.
Hazırda təşkilatçılar cəld şəkildə təlim mühiti, kontenti, ssenarisi yarada bilir, onu anbarlaşdıra, qoruya, paylaşa, yeniləyə və modifikasiya edə bilir. Keçmişdə belə təlim çox uzun vaxt tələb edirdi. Şəbəkə və təlim mühiti keçmişdə bir neçə ay əvvəldən hazırlanırdısa, bu gün bunun üçün cəmi iki saat tələb olunur.
Dəyanət Ağalarlı
Ordu.az